"Qlobal güclərin planı yavaş-yavaş baş tutur" - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaydığı məlumatda 2050-ci ildə planet əhalisinin 9 milyard 700 milyona çatacağı qeyd edilib”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, daha çox qida istehsal etmək və bunun üçün yeni qida məhsullarının istehsalını genişləndirmək lazımdır: “Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına görə, heyvandarlıq sənayesi qlobal istiləşməyə səbəb olan istixana qazı tullantılarının 15 faizinə cavabdehdir. Bu rəqəm nəqliyyat vasitələrinin karbon tullantılarından daha yüksəkdir.

Danimarkanın Kopenhagen Universitetinin əməkdaşı, ixtisasca botanik olan Sonya Vermyolen bildirib ki, ərzaq sənayesi və kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi ilə əlaqədar atmosferə atılan tullantıların iqlim dəyişməsinə təsiri səbəbi ilə bitkilərin becərilməsi və emalı üsullarını əhəmiyyətli dərəcədə dəyişdirmək zərurəti yarana bilər.

Süni ət satışına start vermək istəyən qlobal güclərin planı yavaş-yavaş baş tutur. Yadınızdadırsa, Bill Gates süni ətin daha ucuz olacağını dilə gətirib, satışına hazır olduğunu da söyləmişdi.

Alternativ qida təsisçiləri atmosferi çirkləndirdiklərinə görə heyvanların zərərindən danışmağa başlayıblar. Digər tərəfdən isə alternativ qidalar (solor food) istehsal edirlər”.

Mütəxəssis sözlərinə davam edərək bildirib ki, insan ət məhsullarını tərgitməyə meyilli deyil, ancaq müxtəlif yollarla vegeterianlığa yönləndirilirlər: “Birləşmiş Ştatlar hökumətinin məlumatına görə, 2006-cı ildən 2017-ci ilədək ət yeyənlərin sayı 6 faiz azalıb. Bu, son 10 ildə ən yüksək göstəricidir. Artıq ən çox vegetarian məhsulları supermarketlərin rəflərində yer alır və son beş ildə olduğu kimi onlayn vegeterian qida sənayesi böyüməyə davam edir.

Əslində, 2050-ci ilə qədər ABŞ-ın böyük bir hissəsinin vegeterian ola biləcəyi təxmin edilir. İngiltərədə də vəziyyət oxşardır, son araşdırmalara görə, 2014–2017-ci il arasında vegeterian olanların sayı 42 faiz artıb. Normal insanı vegeterian etməyin anlamı nədir? Mən vegeterian olanlara qarşı deyiləm. Onsuz da Şotlandiya 1875-ci ildən bəri vegeterian otel insanlara xidmət edir, həmçinin anadangəlmə vegeterian olanlar da var, bu da normal haldır”.

Diqqəti çəkən məqamlardan biri də alternativ qida təsisçilərinin eyni zamanda, 2015-ci ildə heyvanlar arasında yayılan koronavirusa qarşı vaksinin, nanoçip və nanorobotun da təsisçisi olmalarıdı. Məsələ burasındadır ki, insanların heyvan mənşəli qidalardan aldığı zülallar proqramlaşmayan, günəşdən istehsal olunan toz zülal isə proqramlaşdırıla bilən zülaldır. Koronavirus məməlilərdə və quşlarda xəstəliyə səbəb olan virus olduğuna görə heyvanları süni yolla yoluxdurma və məhv etmə ehtimalı da yüksəkdir. Bu isə xoşagəlməz bir vəziyyət yarada bilər”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə