YAP Xətai rayon təşkilatının 30 illik yubileyi münasibətilə tədbir keçirilir - YENİLƏNƏCƏK- FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının 30 illik yubileyi münasibətilə tədbir keçirilir. SİA xəbər verir ki, tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra isə Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, tədbirdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, YAP İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Milli Məclisin deputatı Kamran Bayramov, Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev iştirak edirlər.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə