Hazırda 57 repatrianta evlərində reabilitasiya xidməti göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi hazırda 57 repatrianta və ailə üzvlərinə evlərində sosial-psixoloji reabilitasiya xidmətlərini davam etdirir. SİA xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilb.

Agentliyin sosial işçi və psixoloqlardan ibarət mütəxəssis qrupları repatriantların ailələrinə səfər edərək onların və ailə üzvlərinin reabilitasiyasını həyata keçirir.

Ümumilikdə İraq və Suriyadan ölkəmizə repatriasiya olunan 400-dən çox şəxs Sosial Xidmətlər Agentliyi hər biri üzrə reabilitasiya planı hazırlanmaqla sosial reabilitasiya və re-inteqrasiya xidmətləri ilə təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə