Kürdəmirdə ətraf mühitin çirkləndirilməsi halları üzrə 12 fakt aşkarlanıb - FOTOLAR

Kürdəmirdə ətraf mühitin çirkləndirilməsi halları üzrə 12 fakt aşkarlanıb. SİA xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məişət tullantılarının urnalardan kənara atılmasının qarşısının alınması məqsədilə rayon ərazisində reydlər keçirilib.

Tədbirlər zamanı ətraf mühitin çirkləndirilməsi halları üzrə 12 fakt aşkarlanıb.

Qayda pozuntusuna yol verən şəxslərlə izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunub.

Onların hər biri qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə