"Qadın sürücülər heç də kişilərdən geri qalmır" - QURUM RƏSMİSİ AÇIQLADI

“Çox peşəkar qadın sürücülərimiz var. Nəinki ölkəmizdə, hətta dünyada aparılan təhlillər onu göstərir ki, qadın sürücülər diqqət mövzusunda heç də kişi sürücülərdən geri qalmır”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, müəyyən məsələlər var ki, qadın sürücülər o vərdişləri əldə etməkdə çətinlik çəkirlər: “Lakin qadın sürücülərin qeyri-peşəkar olduğunu düşünmürəm. Gündəlik hadisələr müşahidə edirik, statistikalar təhlil edirik. Bu təhlillər onu göstərir ki, bizim qadın sürücülərimiz bir çox məsələlərdə kifayət qədər peşəkardırlar. Hətta deyə bilərik ki, qadın sürücülər müəyyən göstəricilərdə kişi sürücülərdən daha üstündür”

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə