Tətil sonrası şagirdləri dərsə necə alışdırmaq olar? - PSİXOLOQ DANIŞDI

"Hesab edirəm ki, bu il məktəblərdə qış tətili digər tətillərə nisbətən qısamüddətli olduğu üçün şagirdlərin geri qayıdanda dərsə alışması rahat olacaq. Lakin valideynlər uşaqlarına tətil müddətində basqı etməməlidir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, valideynlər övladlarına, əgər sən tapşırıqlarını etməsən, heç yerə aparmayacam, cəzalandırılacaqsan və s. kimi basqı etdikdə, bu, uşağa tərs təsir göstərə bilər: "Bu kimi hallarda uşaqlarda stress və özünəqapanma müşahidə oluna bilər. Uşaqlar öz üzərində ağır məsuliyyət hiss edir və tətillərdən də zövq almırlar. Ona görə də dərsi, məktəbi və ya tətili uşaqlara cəza kimi aşılamamaq lazımdır. Belə olduqda onların dərsə adaptasiya müddəti çətin olacaq. Ümumiyyətlə, tətil zamanı valideynlər uşaqlarına vaxt ayırmalıdır. Onların tətildən sonra dərsə adaptasiya olması üçün kiçik də olsa arzu-istəklərini yerinə yetirmək yaxşı nəticə verə bilər".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə