Siyəzəndə yol polisləri yolların buz bağlamasına qarşı tədbirlər görüblər - FOTOLAR

Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları istər yolda qalan avtomobillərin hərəkətini davam etdirməsinə, istər sürüşkən yolları keçməkdə çətinlik çəkən piyadalara köməklik göstəriblər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən SİA-ya verilən məlumata görə, gün ərzində hərəkət tənzimlənərək xüsusilə yolayrıcılarında nəqliyyatın sıxlığının baş verməsinin qarşısı alınıb.

Polis əməkdaşları yollara qum-çınqıl və duz səpilməsini təmin edərək sürücülərin təhlükəsiz hərəkəti üçün şərait yaradıblar.

Eyni zamanda, yol polisi əməkdaşları qış təkərləri olmayan və texniki cəhətdən bu cür hava şəraitinə hazır olmayan nəqliyyat vasitələrinin sahiblərinə də qarlı-buzlu havada yola çıxmamağı tövsiyə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə