Bakıda Mərkəzi Parkın ikinci hissəsində yenidənqurma işləri aparılıb

Bakıda Mərkəzi Parkın ikinci hissəsinin aparılan yenidənqurma işləri çərçivəsində Mirzəağa Əliyev, Bəşir Səfəroğlu və Çingiz Mustafayev küçələrinin bir hissəsi də əsaslı təmir edilib. SİA xəbər verir ki, küçələr Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilib, işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilib.

Ərazidə 11 məntəqədə piyada keçidi, 6 sarı döyünən işıq dirəyi, 96 yol nişanı,145 avtomobillik parklanma yeri və 115 tumba quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə