Hamilə qadınlar ürəyi istəyən qidaları yeyə bilmədikdə nə olur? -HƏKİM-GİNEKOLOQ AYDINLIQ GƏTİRDİ

"Hamilə olan qadınlar ürəyi istəyən qidanı yeyə bilmədikdə nələr baş verir. Ümumiyyətlə, onu məcbur da olsa tapıb yeməlidirmi? Yeyə bilməzsə nə kimi fəsadlar ola bilər. Gələcəkdə bunun uşağın sağlamlığına təsiri olacaqmı?". Bununla bağlı həkim, mama-ginekoloq Ləman Əliyeva SİA -ya açıqlamasında bildirib ki, buna el arasında" hamilə xanım yerikləyir", yəni nəfsi çəkir deyilir.

Onun sözlərinə görə, amma bu, hər hansı bir inancdır. Tibb sahəsində bunun o qədər də böyük bir təsiri yoxdur. Əslində, hamilə xanım o istədiyini yeməsə belə, heç nə olmayacaq. İstər xanımın, istərsə də uşaqın sağlamlığı ilə bağlı heç bir problem ola bilməz. Sadəcə, bu, belə bir inanclarımızdan biridir. Misal üçün deyirlər ki, hamilə xanımlar saçını kəsə bilməzlər, qara ciyər yeməsinlər, yəni bu ifadə də bunun kimi inanclardan biridir. Lakin yaxşı olar ki, imkan daxilində hamilə xanımın istədiyi qidanı tapıb gətirsinlər və o yesin. Amma yenə də vurğulamaq istəyirəm ki, bu, bir inancdır, yəni o qidanı yeməsə də olar".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə