"Busəni indiyə qədər öpüşmə səhnəsində olmadığı üçün seçdim"

"Busəni indiyə qədər öpüşmə səhnəsində olmadığı üçün seçdim" deyən məşhur türk müğənni Alişan həyat yoldaşından dəstək alıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Buse Varol, "Alişanın deməyə çalışdığı şey insanların başa düşdüyündən çox fərqlidir. Hər kəsin həyata fərqli baxışı var. İnanıram ki, hər şeydən əvvəl buna hörmət edilməlidir" deyib.

Buse Varol sözlərinə belə davam edib: "Alişandan əvvəl oynadığım bir çox layihədə heç vaxt öpüşmə səhnəsi yaşamamışam və yaşamağı da seçməmişəm. Bu mənim seçimimdir. Alişan bunu deməyə çalışdı, amma həmişəki kimi səhv başa düşüldü” deyib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə