Məşhur aktyorun qardaşları gündəm mövzusu oldu

Türk aktyor Barış Arduçun qardaşları sosial mediada gündəm olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Alparslan Büyük Selçuklu" və "Netflix"də yayımlanan "Kulüp" serialı ilə adından söz etdirən yaraşıqlı aktyordan sosial mediada bu dəfə fərqli mövzuda danışılıb.

2020-ci ildə "Deliha" filmində tanış olduğu uğurlu ssenarist və aktyor Gupse Özay ilə xoşbəxt ailə quran Arduç qardaşları ilə sosial medianın gündəminə düşüb. Qardaşların bir-birinə bənzəməməsi diqqət çəkib. Arduçun qardaşları haqqında çoxlu şərhlər edilib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə