Məşhur türk müğənni Burcu Kıratlı və Sinan Akçılın evliliyinə bədnəzər dəyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 2021-ci ilin fevral ayında ikinci dəfə evlənən Burcu Kıratlı və Sinan Akçıl cütlüyü ayrılmaq qərarına gəlib.

Sinan Akçıl evliliklərində böhran olduğunu təsdiqləyərək, "Evdən çıxdım, amma həll etməyə çalışırıq. Hazırda hansı qərarı verəcəyimizi bilmirəm. Bu, boşanma da ola bilər, evliliyi eyni dam altında davam etdirmək də ola bilər” dedi.

Burcu Kıratlı “Adi müzakirələrimiz idi. Aramızda heç bir günah və ya üzrxahlıq yoxdur. Biz eyni evdəyik” dedi.

Ərinin açıqlamalarını görən 32 yaşlı aktrisa Burcu vəkilinə müraciət edib. Kıratlının Akçıla boşanma davası açmaq üçün prosesə başladığı öyrənilib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə