Aktrisa sevgilisinə təşəkkür öpüşü verdi

Türk kanalı olan Kanal D-də yayımlanan "Yargı"nın "Ceylin"i Pınar Dəniz və sevgilisi Yiğit Kirazcı koronavirusa yoluxub. SİA xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün karantin müddəti başa çatıb.

Cütlük ötən yay "Aşkın Apokalipsisi" filminin çəkilişləri zamanı həmkarı Yiğit Kirazcı ilə eşq yaşamağa başlayıb. Yiğit Kirazcı ötən gün ona sürpriz edib və sevgilisinin Emirqandakı çəkiliş meydançasına gedib. Onlar çəkiliş arasında birlikdə yemək yeyiblər. Pınar çəkiliş meydançasına qayıdarkən Yiğit Kirazcıya təşəkkür öpüşü verib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə