Yeni film 14 yanvarda işıq üzü görəcək

Məşhur türk sima Aslı T. Kızmazın eyniadlı kitabından uyğunlaşdırılan "Mənimlə Nə Olur?" filmi yanvarın 14-də işıq üzü görəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, baş rollarda aktrisa Hazal Kaya, Onur Tuna və Enis Arıkan çəkilib.

Zəngin aktyor heyətinə Elçin Afacan, Cem Belevi, Tarık Papuçcuoğlu, Nur Fettahoğlu və Selin Şekerci daxildir. Cem Belevinin ifasında film üçün yazdığı "Problemsiz dağılmayaq" mahnısı da bu yaxınlarda işıq üzü görüb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə