Məşhur türk aktrisa Pınar Dəniz keçdiyi prosesi sosial şəbəkədəki səhifəsində izləyiciləri ilə paylaşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qısa müddətdə fenomenə çevrilən, həm reytinqlərin, həm də sosial medianın zirvəsində olan "Yarqı" serialında flaş bir inkişaf yaşandı.

Pınar Deniz və Kaan Urgancıoğlunun baş rollarını paylaşdığı "Yarqı" serialı bu həftə ekranlarda olmayacaq.

Kanal D-dən verilən açıqlamada, “Hörmətli izləyicilər, hər bazar axşam saatlarında yeni bölümləri ilə ekranlara gələn “Yarqı” serialımızın yayımı üçün qısamüddətli sağlamlıq fasiləsi veririk. Hekayəmiz 9 yanvar bazar günü axşam qaldığı yerdən davam edəcək” dedi.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə