Türkiyədə yerli koronavirus peyvəndi "Turkovac" təcili istifadə üçün təsdiq edilmişdir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Səhiyyə naziri Fahrettin Koca bildirir ki, yerli Covid-19 "Turkovac" peyvəndimiz bu gündən etibarən təcili istifadə üçün təsdiqləndi və istehsala başladıq.
Nazir Koca, "Türkovac" peyvəndinin gələn həftənin sonundan, ilin sonuna qədər tətbiqinə başlanılacağını açıqladı. Prezident Ərdoğan, "Epidemiya zamanı əlimizdə olan tibbi ləvazimatları, xüsusən də maskanı paylaşdıq. Başqa yerlərdən aldığımız peyvəndlərin bir qismini də dost ölkələrə göndəririk. Peyvəndimizi bütün bəşəriyyətlə paylaşmaqdan məmnun olarıq".
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB