“Mən hər anımdan maksimum yararlanmağa çalışıram”

ABŞ-ın San-Fransisko şəhərində əfsanəvi “Matrix” filminin premyerası keçirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, dördüncü davam filmi "Dirilişlər"in baş rollarını canlandıran Keanu Rivz və Kerri-Ann Moss gecəyə filmdəki kimi qara geyinərək qatılıblar.

Serialın əvvəlki hissəsi 2003-cü ildə buraxılmışdı. Reeves müsahibəsində "Mən bacardığım qədər işləməli olduğumu düşündüm. 40 yaşından sonra məndə bu hiss yarandı. Mən hər anımdan maksimum yararlanmağa çalışıram” dedi.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə