“Bir-birimizə olan sevgimiz günü-gündən daha da güclənir”

Məşhur sima Süreyya Yalçın sosial şəbəkədəki paylaşımları ilə hər zaman diqqət çəkməyi bacarır. SİA xarici mətbuata istinadən xəbər verir ki, indi isə Sürəyya Yalçının həyat yoldaşı Ozan Baran qolundakı döyməsi ilə gündəmə gəlib.

2016-cı ildə iş adamı Ozan Baranla ailə qurduqdan sonra həyatını ABŞ-da davam etdirən gözəl Süreyyanın 37 yaşı tamam oldu.

Sosial media hesabında ərinin qolunun fotosunu yayımlayan Süreyya Yalçın paylaşımına emosional qeyd edib.

Yalçın paylaşımında “Həyatımda bir daha məni çox xüsusi hiss etdirdin. Ad günüm mübarək, sənin olmaqdan şadam. Bir-birimizə olan sevgimiz günü-gündən daha da güclənir” cümlələrini qeyd etdi.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə