Məşhur aktyor qadınların yanındadır

Məşhur türk aktyor Kerem Bürsin "HeForShe Hərəkatı"na "Artıq seksist zarafatlara gülmürəm və reaksiya verirəm" sözləri ilə dəstək verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, aktyor Birləşmiş Millətlər Təşkilatının Qadın Birliyinin hər kəsi, xüsusən də kişiləri və oğlanları gender bərabərliyi üçün hərəkətə keçməyə çağırdığı "HeForShe Hərəkatı"nın Türkiyə sözçüsü oldu.

Bürsin təşkil edilən mətbuat konfransında “Kişilər olaraq gender bərabərliyinə gedən yolda qadınlarla qol-qola getməliyik” dedi.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə