"Qazandıq, atəşi söndürdük" - MƏŞHUR SİMA

Komediyaçı Şahan Gökbakar, Marmarisdəki meşə yanğınlarının ilk günündən mübarizə aparır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Gökbakar, evinə çatmamış meşə yanğınlarının uğurla söndürüldüyünü açıqlayıb. Yanğın söndürmə işlərinə qatılan aktyor, qonşusunun evinin yandığını söyləyib.

Gecənin çətin keçdiyini ifadə edən Gökbakar, atəşi söndürdüklərini deyib: "Biz qazandıq. Biz deyəndə özümdən danışmıram. Yanğını söndürdük. Donanmamıza, sahil mühafizəçimizə, Fethiyədən gəlib soyutma prosesini həyata keçirən sahil mühafizəçimizə və Aydın Xilasetmə Xidmətinə təşəkkür edirəm. Soyutma çox vacibdir. Yenidən yanmasına icazə verməyəcəyik".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə