Məşhur müğənni yanğınla mübarizədə - FOTO

Türk müğənni Bahadır Tatlıöz, meşə yanğınları ilə mübarizə çərçivəsində könüllü olaraq Bodrum Mumcular Afət Koordinasiya qrupuna qatılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 45 yaşlı müğənninin yanğının soyutma zonasından paylaşdığı fotolar ürəkləri ağrıdıb.

O, günlərdir iştirak etdiyi meşə yanğınlarının söndürülməsi və soyudulması ilə bağlı duyğularını sosial media hesabında "İçim ağrıyır" başlığı ilə dilə gətirib.

"Ölmək kəliməsinin təbiətin dilində deyimidir bu! Kiçik heyvan dostlarımıza nə oldu? Çoxu artıq yoxdur. Bəlkə də yeni bir ev tapmaq ümidi ilə qaçdılar? Amma çoxu bu fəlakətdə öldü".

"Təbiət səssizdir. Təəssüf ki, böyük bir ərazidə vəziyyət belədir. İndi yeganə məqsəd qalanları qorumaqdır. Mən yalnız bu fəlakətin zirzəmisinə nəzarət edirəm. Gözəl ölkəmin hər tərəfi eyni kabusla sınaqdan keçirilir".

"Bu fotoları söndürülmüş alovun soyutma zonasından paylaşıram ki, bu günləri hər cəhətdən unutmayaq. Bildiyiniz kimi insanlar tez unudur".

"Hələlik məsələnin digər tərəfinə baxa bilmərəm. Çünki mənim prioritetim təbiətin, heyvanların və insanlığın gələcəyidir. Bütün könüllülərə və işçilərə sonsuz təşəkkürümü bildirirəm. Bunlar heç vaxt unutmayacağım əhəmiyyətli anlardır".

"Zəhmət olmasa hamınız gözəl qəlbinizlə xoş diləklərinizi və dualarınızı göndərin. Hər duanızın və dəstəyinizin bir şəkildə onlara çatdığından əmin olun" mesajını yazan müğənni, izləyicilərindən çoxlu dəstək şərhləri alıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə