Məşhur cütlüyün ayrılıq səbəbi bəlli oldu - FOTOLAR

Umut Evirgen və aktrisa Melisa Şenolsun keçən il yeni bir eşq yaşayırdılar. SİA-nın məlumatına görə, məlum olub ki, onların münasibətləri sürprizlə başa çatıb. İddiaya görə, cütlüyün ayrılma səbəbi Umut Evirgenin köhnə sevgilisi aktrisa Tuba Büyüküstün olub.

Tuba Büyüküstünlə media oyunçusu olan iş meneceri Umut Evirgenin üç ildir eşq yaşadığı və 2020-ci ildə ayrıldığı keçmiş sevgilisini unuda bilmədiyi iddia edilib.

Keçən il Büyüküstündən ayrıldıqdan sonra Evirgen başqa bir aktrisa Melisa Şenolsuna ürəyini verib və bu münasibət xəyal qırıqlığı ilə sona çatıb.

Melisa Şenolsunun yaxın ətrafından əldə edilən məlumata görə, ayrılıqlarından danışan Umut Evirgen, dost qalaraq köhnə sevgisi ilə görüşməyə davam edir.

31 yaşlı məşhur iş adamı, 39 yaşlı gözəl Tuba Büyüküstünə Qurban bayramını qeyd etmək üçün mesaj göndərib.

Daha sonra Büyüküstündən əks cavab gəldi. O vaxt Umut Evirgenin yanında olan Melisa Şenolsun bu mesajı görüb.

Evirgen sevgilisinə "Burada nə var? Dost olaraq bayramını təbrik etdim. Uşaqları haqqında soruşdum. Hamısı budur" desə də, Melisa Şenolsun əsəbləşib.

Sevgilisinin 3 il birlikdə yaşadığı keçmiş sevgisi Tuba Büyüküstünlə görüşməsini davam etdirməsini istəməyən 24 yaşlı aktrisa münasibətləri kəsmək qərarına gəlib.

Üz-üzə gəlməyən Umut Evirgen və Melisa Şenolsun sosial mediada bir -birini izləyir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...