Könül Kərimova ilə bəstəkar Nazimi bir araya gətirən səbəb nədir?
Əvvəllər muğam ifaçısı kimi məşhurlaşan indi isə bəstəkar kimi tanınan Nazim Məmmədovla müğənni Könül Kərimova arasında iş birliyi davam edir. SİA-ya danışan Nazimin sözlərinə görə, onlar yeni disk hazırlayırlar. Yeni albomun isə xüsusi özəlliyi var: "Çox sevdiyim müğənni Könül Kərimova ilə yeni bir layihə ərsəyə gətirəcəyik. Layihə 10 mahnını özündə cəmləşdirən müəllif diskindən ibarətdir. Bu yeni diskdə yalnız Könül Kərimovanın ifası və mənim bəstələdiyim mahnılar yer alıb. 10 mahnının musiqisini özüm bəsləməklə yanaşı, bəzilərinin sözləri də mənə aiddir. Bəzi mahnılarda isə mənim öz səsim var, mən də onunla bərabər oxumuşam".
Bəstəkarın sözlərinə görə, "Zülümkar" adlı albom yaxın vaxtlarda işıq üzü görməlidir: "Mən noyabrın 3-də Məkkəyə gedirəm. Planımız var ki, o vaxta qədər hazır olsun. İnşallah yola düşənə qədər təhvil verəcəyəm".
Bəstəkar bildirib ki, bu iş birliyini Könül Kərimova özü təklif etdi: "Könül xanımın yanında Cabbar Musayev kimi illərin bəstəkarı var. Amma Cabbar müəllimin Könül xanımı sənət baxımından qısqanmadığı yeganə həmkarı mənəm. Cabbar Musayev özü rahatlıqla bir bəstəkar kimi xeyir dua verdi və elə müəllif albomunu mənimlə hazırlamağı Könül xanıma məsləhət gördü".
"Bəs, yazdığın bu 10 mahnıya görə Könül Kərimova sənə nə qədər pul verib?" sualı ilə Nazimə müraciət edərkən bu cavabı aldıq: "Mahnının pulunu Könül xanım hissə-hissə ödəyib. Çünki mahnıları çoxdan alıb. Amma qeyd edim ki, mən 10 mahnıdan ikisini ona hədiyyə etmişəm. O, isə hər mahnıya təxminən 1500 AZN verib. Bu məbləği isə 8-ə vurmaq lazımdır. Əslində mən demək olar ki, özüm üçün pul almamışam, hamısı aranjemanındır" .
Qeyd edək ki, Nazimin sözlərinə əsaslanıb deyə bilərik ki, Könül Kərimova 8 mahnıya görə bəstəkara 15 min manat pul ödəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB