“Eurovision 2011” Mahnı Müsabiqəsinin qaydalarına bəzi dəyişiklər edilib

May ayında Almaniyada keçiriləcək 56-cı "Eurovision 2011" Mahnı Müsabiqəsinin qaydalarına bəzi dəyişiklər edilib. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa Yayım Birliyinin (EBU) təşkilat komitəsinin görüşündə bir sıra məsələlər müzakirə edilib.

Belə ki, görüşdə gələn ilin mayında Almaniyada keçiriləcək "Eurovision-2011" yarışmasının qaydalarına bir sıra əlavə və dəyişikliklər olunub. Bu dəyişikliklərdən biri "Eurovision" müsabiqəsi üçün yazılan mahnıların oktyabrın 1-nə deyil, sentyabrın 1-dək müəyyənləşməsidir. Bundan başqa, "Eurovision-2011" müsabiqəsinin finalında 25 ölkə əvəzinə 24 ölkə çıxış edəcəyi qərarı qəbul edilib.

Həmçinin görüşdə "Eurovision-2011" müsabiqəsini keçirməyə namizəd olan Almaniyanın 4 - Berlin, Düsseldorf, Hamburg və Hannover şəhərinin rəsmi təqdimatı keçirilib. Bu günlərdə təşkilat komitəsi "Eurovision-2011" müsabiqəsinə ev sahibliyi edəcək şəhərin hansı olacağını müəyyənləşdirəcək.

Qeyd edək ki, "Eurovision-2011" mahnı müsabiqəsinin yarımfinallarının - mayın 10-u və 12-də, finalı isə mayın 14-də keçirilməsi təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...