Tsoyun bağ evində yanğın baş verib

Müğənni Anatoli Tsoyun Moskva yaxınlığındakı evində güclü yanğın baş verib. Yanğın zamanı yaşayış binasına ciddi ziyan dəyib.

Sənətçi bu barədə “Starhit”ə müsahibəsində danışıb. Yanğın saat 11:00 radələrində baş verib. Yanğın evdən ayrı, hamamın yerləşdiyi binada baş verib.

Ehtimal olunur ki, yanğın naqillərdəki qısaqapanmadan baş verib.

…Hər şey elə qəfil və tez baş verdi... Amma Allaha şükürlər olsun ki, biz yanğını vaxtında görüb yanğınsöndürənləri çağıra bildik.

Bunu Tsoy bildirib.

Müğənni yanğından sonra hamamın içinin görüntülərini paylaşıb. Yanmış divarlar, döşəmələr və tavanlar…

Dəhlizdəki bir neçə mebel parçasına da ziyan dəyib.

Daha əvvəl məlum olub ki, müğənni İnstasamkanın Moskvada kirayə qaldığı mənzildə baş verən yanğında ziyan dəymiş mənzillərin sahibləri məhkəməyə hazırlaşır.

Onlar sənətçidən ala biləcəyi əmlakın sahibindən təzminat tələb etmək niyyətindədirlər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə