USAİD-in Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxması faktı çoxdan sübuta yetirilib! ANALİTİK+FAKT

Vaxtilə ölkəmizdən qovulan Soros fondunun qollarından biri sayılan bu qurumun kirli əməlləri bu gün də isbat olunmaqdadır

Səs Media Qrupunun siyasi araşdırma və analitik şöbəsi olaraq dəfələrlə USAİD-in anti-Azərbaycan xarakterli rəhbəri Samanta Pouer, eləcə də bu qurumun Qərb ölkələrində fəaliyyət göstərən erməni lobbiçilərinin pərdəarxası planlarını icra edən əməlləri haqqında dəfələrlə, eləcə də 100%-lik sübutlarla yazmışıq. Həmçinin yazmışıq ki, bu bağların ortaq vasitəçisi və birincisi Corc Sorosdur.

Uzun müddətdir ki, işıq üzü görmüş həmin yazı və məqalələrin, siyasi araşdırmaların linklərini bir daha dəyərli oxucularımızın diqqətinə çatdırırıq:

https://sia.az/az/news/politics/896995.html

https://sia.az/az/news/politics/899029.html

https://sia.az/az/news/politics/904082.html

https://sia.az/az/news/politics/890392.html

https://sia.az/az/news/politics/882442.html

https://sia.az/az/news/politics/879831.html

https://sia.az/az/news/politics/877915.html

https://sia.az/az/news/politics/875418.html

https://sia.az/az/news/politics/875160.html

https://sia.az/az/news/politics/874312.html

https://sia.az/az/news/politics/874152.html

https://sia.az/az/news/politics/872252.html

https://sia.az/az/news/politics/869592.html

https://sia.az/az/news/politics/866857.html

https://sia.az/az/news/politics/865884.html

https://sia.az/az/news/politics/865439.html

https://sia.az/az/news/politics/857552.html

https://sia.az/az/news/politics/857184.html

https://sia.az/az/news/politics/856893.html

https://sia.az/az/news/politics/856643.html

https://sia.az/az/news/politics/856153.html

Lakin maraqlısı da budur ki, USAİD-in ölkəmizdəki nümayəndəliyi hələ də öz fəaliyyətlərini davam edirlər. Üstəlik, bu azmış kimi, açıq şəkildə Azərbaycan dövlətinə, xalqına qarşı hörmətsizlik və sayğısızlıq da nümayiş etdirir ki, bu da haqlı olaraq hiddət və qəzəb doğurur. Onu da qeyd edək ki, bu qurumun əsas kökünün hazırda Ağ ev və qondarma erməni soyqırımının qəbul edildiyi bir zümrə ilə bağlı olduğu barədə də kifayət qədər yazılıb və məlumatlar verilib.

Fəqət, aylardır ki, yazılan hər bir mühüm, dövlət maraqlarımızın qorunmasına xidmət edən yazı və məqalələrə bəzən etinasız yanaşılmanın sonradan fəsadlar verə biləcəyi ehtimallarının da olduğunu hesab edərsək, bir daha USAİD adlı ermənipərəst qurumun kirli, antitürkçülüyə, antiazərbaycançılığa doğru hesablanmış əməllərinin ifşa edilməsinin tam zamanı olduğu sübutunu ortaya qoya bilərik.

İndi isə bəhs etdiyimiz mətləbin məğzi ilə davam edək:

Misal üçün xatırlada bilərik ki, ABŞ konqresi bir müddət əvvəl USAİD-ə məktub göndərib və həmin məktubda “artsaxda” (?!) yaşayan ermənilərin ehtiyaclarının qiymətləndirilməsinə dair görülən səylər haqqında” (??!!) məlumatın verilməsi tələb edilib. Və bu da son deyil. Konqresin sözügedən məktubuna cavab olaraq USAİD geniş məzmunlu cavab hazırlayıb və ən maraqlısı (!) Azərbaycanın ölkə rəhbərliyinin “Dağlıq Qarabağ” adlı ərazinin olmaması, onun yerinə Qarabağ regionunun olması barədə verdiyi bəyanatlara rəğmən, “Dağlıq Qarabağ” adından istifadə edib, üstəlik, “Dağlıq Qarabağı” faktiki olaraq “müstəqil dövlət” kimi tanıyaraq “Dağlıq Qarabağ” və Ermənistanın ümumi sərhədləri olduğuna işarə edib!

Bir daha həmin məktubda deyilənləri xatırladırıq: “USAİD davamlı olaraq Dağlıq Qarabağdan 90.000 köçürülmüş (ingilis dilində “displaced” termini istifadə edilib-R.R.) şəxsin Ermənistana gəlməsi nəticəsində yaranmış kompleks humanitar böhrana səmərəli cavab tədbirləri görməkdən ötrü öz proqramlarının adaptasiyasını davam etdirir...”

Məktubun tam mətnini isə aşağıda oxuya bilərsiniz:

Beləliklə, bu fakt tam bir rəzalət və rüsvayçılıq, həmçinin, Azərbaycan Respublikasının suveren ərazisinə qarşı sayğısızlıq və hörmətsizlikdir!

Yəni USAİD Qarabağdan Ermənistana qaçanları “ölkə daxilində köçürülmüş” şəxslər kimi tanıyır və bu da birbaşa (!) beynəlxalq hüquq normalarına, eləcə də beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycanın suveren ərazilərinə qarşı tam bir müdaxilədir. Belə çıxır ki, həmin şəxslər beynəlxalq sərhədləri pozaraq digər ölkə ərazisinə keçdiklərinə görə, onlara “qaçqın” deyilməli və buna müvafiq də status verilməlidir (?!)

Sözügedən situasiyadan isə yalnız bu nəticəni hasil etmək olar: yuxarıda da vurğulandığı kimi, təkcə bu kimi sərsəm və qəbuledilməz bəyanatları ilə USAİD açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü təhdid edir!

USAİD 1998-2020-ci illər ərzində separatçı-quldur rejimə 48 milyon ABŞ dolları məbləğində yardım göstərib və bu, hələ bilinən rəqəmlərdir

Sözügedən məktubda həmçinin qeyd olunub ki, 1998-2020-ci illər ərzində USAİD separatçı-quldur rejimə 48 milyon ABŞ dolları məbləğində yardım göstərib. Separatçı quldur rejimi məhz həmin maliyyə vəsaitləri hesabına işğal olunmuş ərazilərdə mürəkkəb müdafiə istehkamları qurub, silahlanıb.Vətən müharibəsində isə Azərbaycan Ordusu məhz həmin istehkamları fəth etməkdən ötrü nə qədər qəhrəmanlıqlar göstərdi, şəhidlər verdi. Bunun cavabını vermək zamanı isə artıq yetişib - USAİD-in ermənipərəst rəhbərliyinin tapşırıqları altında fəaliyyət göstərən emissarlar da ölkəmizdən öz sənəd-sünədləri ilə rədd edilməlidirlər. Fotoda gördüyünüz isə Samanta Pouerdir, İrəvanda qondarma erməni soyqırımı abidəsi qarşısında "kədərlə" dayanıb...

USAİD bəyan edir ki, o “Dağlıq Qarabağdan” köçürülmüş şəxslərə əlavə olaraq 2,5 milyon dollar yardım göstərəcəkdir. Yəni USAİD Azərbaycanda fəaliyyət göstərdiyi dövrlər ərzində bir milyon qaşqın və məcburi köçkünlərimiz haqqında dürüst qərar qəbul etməyib, sadəcə, kənd təsərrüfatı və s. kimi sahələrdə guya “əməli fəaliyyət” göstərməklə, gerçək ermənipərəst siyasi maraqlarını pərdələyib, özü də minnət qoymaqla. Bəs deyilmi?!

USAİD rəsmisi Samanta Pouer sosial şəbəkələrdə etiraf etmişdi ki, övladları kilsəyə gedərkən, onlara “genosid qurbanlarına” şam yandırmağı tapşırıb

Bu baxımdan da xatırladaq ki, USAİD hazırkı rəhbəri Samanta Pouer 2006-cı ildə çəkilən qondarma “erməni soyqırımı” haqqındakı “sənədli” filmdə türkləri “faşist” adlandıran. “qenosidin” tanınma gününü özünün ikinci ad günü elan edən bir radikal ermənipərəst ünsürdür. Məhz Samanta Pouer sosial şəbəkələrdə etiraf etmişdi ki, övladları kilsəyə gedərkən, onlara “genosid qurbanlarına” şam yandırmağı tapşırıb.

Beləliklə, haqlı olaraq sual yaranır: əziz xalqımız, bütün bunlardan sonra bu təşkilat axı bizim ölkədə nə gəzir? Bunun isə cavabının bir tərəfi vaxtilə USAİD-in bağlı olduğu Soros fondudur. Həmin Soros fondu ki, o da ermənipərəst davranışlarına, ölkəmizdə hərc-mərcliklər yaratmasına görə Azərbaycandan rədd edilmişdi. İndi isə növbə USAİD-indir və bu qurum ən qısa zamanda ərazilərimizi tərk etməli, sonradan isə əməllərinə görə hüquqi çərçivədə cavab verməlidir!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə