Sorosu Azərbaycana kim qaytardı (USAİD-in köməkliyi ilə)? ANALİTİKA+ŞOK FAKTLAR!

Yaxud, USAİD Azərbaycana qarşı qanunsuz fəaliyyətini hansı üsullarla genişləndirir?

“İnqilablar mühəndisi” adlandırılan və vaxtilə Azərbaycandan qovulan milyarder Corc Soros ABŞ-da anti-Turkiyə və anti-Azərbaycan xarakterli çıxış və bəyanatları ilə tanınan Co Bayden komandasını bəlkə də ABŞ tarixində ilk dəfə - müəmmalı seçkilər vasitəsi ilə hakimiyyətə gətirdikdən və ermənipərəst Samanta Paueri USAİD-in rəhbəri təyin etdikdən sonra, milyarderin himayəsində olan bu qurumun ölkəmizə qarşı fəaliyyətini genişləndirəcəyi labüd idi və zamanında verilən proqnozlar da artıq özünü kifayət qədər doğruldub. Təkcə bir faktı qeyd edə bilərik: USAİD Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir və hələ də bir ölünü - “Dağlıq Qarabağ”ı tanıyaraq separatçı qurumla çalışır, maddi yardımlar edir, necə deyərlər, quldur rejimin ayaqda qalıb yenidən terrorçu meyillərini icra etməsi üçün pullar xərcləyir!

Aşağıda linklərə bax:

https://sia.az/az/news/politics/896342.html

https://sia.az/az/news/politics/896995.html

Sorosun təşkilatı hələ də Azərbaycandadır (???!!!)

Bütün bunlara baxmayaraq USAİD hələ də Azərbaycanda fəaliyyət göstərir və bu da azmış kimi, himayəsində olduğu Sorosun ölkəmizdə gizli şəkildə fəaliyyət göstərən Şərq-Qərb İdarəetmə İnstitutu (ŞQİİ- East-West Management İnsitute (EWMI) adlı təşkilatına davamlı olaraq milyonlarla qrantlar ayırır.

Bu təşkilatla bağlı biz silsilə yazılarla çıxış etmişik. Xatırladaq ki, rəngli inqilablarını təşkili ilə məşğul olan Sorosla bağlı bütün təşkilatlar ölkəmizdən 2014-cü ildə çıxarılanda, ŞQİİ-in bağlanması ilə bağlı İqtisadiyyat Nazirliyinin Prezident Administrasiyasına göndərdiyi məktuba rəğmən bu təşkilat ölkədə qaldı və indi də tam qanunsuz şəkildə fəaliyyət göstərir (?!)

Təşkilatın fəaliyyəti ilə bağlı əvvəllər qeyd etdiyimiz müəmmaları bir daha xatırlatmaq istədik:

Beləliklə, Corc Soros hələ 1991-ci ildə yazdığı və bütün dünyada siyasi çevrilişlərin təşkili üzrə “müqəddəs” masaüstü kitabı kimi qəbul olunan “Demokratiyanı Quraraq (Undewriting democracy)” adlı “əsərində” “Şərq-Qərb İdarəetmə Institutunu” hansı məqsədlə yaratdığını açıq şəkildə etiraf edir.

Soros deyir ki...

SİTAT:“…. Sonralar mən “Mərkəzi Avropa İnstitutu” və “Şərq-Qərb İdarəetmə İnstitutu”nu yaratdım və mən bunları daimi təsisatlar kimi nəzərdə tuturdum. Aydın idi ki, ölkələr üzrə yaratdığım fondlar əvvəl-axır süquta uğrayacaqlar. Belə ki, zülmkar və doqmatik sistemlər tam məhv edildikdən sonra yerli vətəndaş təşkilatlarını dəstəkləməyə ehtiyac qalmayacaqdır ...”

Tam şəkildə yazı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://www.georgesoros.com/wp-content/uploads/2017/10/underwriting_democracy-chap-7-2017_10_05.pdf

Beləliklə, 1988-ci ildə Soros tərəfindən təsis olunan “Şərq-Qərb İdarəetmə İnstitutu” (ŞQİİ) adlı təşkilat hələ 2004-2006-cı illərdə digər qalmaqallı təşkilat kimi tanınan - “Beynəlxalq Xilasetmə Komitəsi” adlı bir qurum vasitəsi ilə ölkəmizdə qısamüddətli layihə icra etməklə buradakı vəziyyəti təhlil etmiş və növbəti illərdə yeni layihələrlə gəlmək planlarını hazırlamışdır və bu təşkilat 7 aprel 2009-cu ildə Azərbaycanla ABŞ hökumətləri arasında “Amerika Birləşmiş Ştatların Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında “Azərbaycanda Seçilmiş Amerika Hökuməti Yardım Proqramlarının Birgə Maliyyələşdirilməsi üzrə Anlaşma Memorandum”u imzalandıqdan sonra fəallaşır.

Sözügedən saziş çərçivəsində ölkələr ümumi məbləği 45 milyon ABŞ dolları həcmində vəsaiti dörd müxtəlif layihənin maliyyələşməsi üzrə razılığa gəlirlər ki, bu məbləğin də 20,7 milyon ABŞ dollarını Azərbaycan hökuməti USAİD-in hesabına köçürmüşdür. Dörd layihədən biri kimi “Regional Sosial İqtisadi İnkişaf Proqramı” (SEDA) adlı layihənin icrası da nəzərdə tutulurdu. Belə ki, bu proqram çərçivəsində bildirilir. SİTAT: “USAİD təfsilatlı regional sosial-iqtisadi inkişaf strategiyası və proqramının hazırlanması və icrasına dəstək göstərəcəkdir.”

Lakin layihəni “udan” (həm qalib, həm də vəsaitləri mənimsəmək baxımından) ŞQİİ onu tam başqa istiqamətdə yönəltmək cəhdində bulunub.

Onları mərhələli qaydada təqdim edirik:

1. Bu layihənin büdcəsi hər tərəfin bərabər töhfəsi olmaqla 14.4 milyon ABŞ dolları məbləğində müəyyən edilib. Halbuki, razılaşmaya əsasən, hər dörd layihəni icra edəcək təşkilatların seçimini tərəflər birgə aparmalı idi. Yəni meydana çıxan fakt budur - USAİD birtərəfli olaraq Azərbaycan hökumətinin iştirakı olmadan SEDA layihəsinin icraçısı kimi məhz Sorosun (!) təsis etdiyi “Şərq Qərb İdarəetmə İnstitutunu” müəyyən edir.

2. ŞQİİ tərəfindən layihənin bu qurumun Nyu-Yorkdakı ofisindən əlaqələndirici kimi qalmaqallı sorosçu Delina Fico təyin edilir. Bu qadın cisminə geyinmiş sorosçu iblis haqqında biz ətraflı yazmışdıq:

https://sia.az/az/news/politics/856643.html

Delina Fico layihənin bütün büdcəsinə nəzarət edir və məsafədən layihənin icrasına mütəmadi müdaxilə edir.

3. USAİD tərəfindən layihənin Sorosla bağlı təşkilata verilməsi Azərbaycan hökumətini hiddətləndirir və həm layihəni, həm də layihənin icraçısı olan ŞQİİ-ni qeydiyyata almaqdan imtina edir. Təşkilat isə bu qərarı saymayaraq bu günə qədər Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədən (!!!) fəaliyyət göstərir.

4. İkitərəfli memorandumda qeyd olunan əsas məqsədlərə rəğmən, ŞQİİ layihənin məqsədlərin tam dəyişməklə layihəni 3 komponentə bölərək, regional inkişaf məqsədlərindən uzaq fəaliyyətlər həyata keçirməyə cəhdlər edir.

5. 2016-cı ildə ikitərəfli memorandumun müddəti bitir, lakin Soros Azərbaycanda təmsilçiliyini saxlamaqdan ötrü USAİD vasitəsi ilə ŞQİİ-yə əlavə olaraq 8 milyon ABŞ dolları ayırır və beləliklə, Sorosun təşkilatına Azərbaycan hökumətində töhfəsi daxil olmaqla ümumilikdə təxminən 22 milyon ABŞ dolları məbləğində vəsait faktiki olaraq hədiyyə edilir.

6. Xüsusilə qeyd etmək lazımdır ki, USAİD-in layihələri üzrə icraçı təşkilatlar müəyyən faizlə gəlir əldə edirlər. Həmin vəsaitin məbləği “Qeyri-müstəqim Xərclərin dərəcəsi üzrə Saziş” (NEGOTIATED INDIRECT COST RATE AGREEMENT(NICRA)) adlı sənədlə müəyyən edilir. Maraqlısı isə budur ki, ŞQİİ-nin belə saziş üzrə gəlir dərəcəsi ağlasığmaz - 29% səviyyəsində müəyyən edilmişdir. Halbuki ümumi qayda olaraq beynəlxalq təcrübədə analoji QHT-lər və layihələr üçün bu dərəcələr 15% civarında olur. Bu, o deməkdir ki, ŞQİİ və yaxud dolayisi ilə Soros, bu layihədən sırf gəlir kimi 6 milyon ABŞ dollarından çox məbləğdə gəlir əldə etmişdir.

Bundan əlavə Delina Fico başda olmaqla ŞQİİ-nin baş ofisinin bir neçə əməkdaşı baş ofis tərəfindən yuxarıdakı məbləği mənimsəməsinə baxmayaraq yenə də yüksək məvaciblərlə layihənin büdcəsinə daxil edilir. Qeyd etmə lazımdır ki, ABŞ tərəfi hər dəfə ölkəmizə necə deyərlər, minnət qoyaraq böyük vəsaitlərin xərcləndiyini bəyan edəndə, Soros tərəfindən oğurlanmış bu məbləğlər də həmin rəgəmlərə daxil edilir.

7. Layihə çərçivəsində faktiki olaraq heç bir əməli fəaliyyət göstərmədən, Delina Fico layihə üçün yalnız başağrısı və problemlər yaratmaqla məşğul olaraq hər ay təxminən 12 min ABŞ (!) dolları məbləğində əməkhaqqı alır (?!) Kobud desək, evində otura-otura... Layihənin davam etdiyi 10 il ərzində isə bu təxminən 1,5 milyon ABŞ dolları edir (!).

8. Bundan əlavə, ŞQİİ Azərbaycanın dövlət büdcəsindən 7 milyon dollar ayrılan proqramda ilkin sazişdə nəzərdə tutulduğu 162 infrastruktur layihə əvəzinə cəmi 114 layihə icra etmişdir. Nəzərə alsaq ki, hər layihənin orta hesabla dəyəri 20 min ABŞ dollarıdır, burda söhbət əlavə olaraq təxminən 960,000 ABŞ doları məbləğində vəsaitin “itməsindən” gedir.

9. Üstəlik, SEDA çərçivəsində 91 kəndə “vətəndaş iştirakçılığı” üzrə layihələrə hər biri ən azı 5,000 ABŞ dolları qrantlar verməli idi ki, ŞQİİ cəmi 6 qrant vermişdi, bu da yenə də əlavə olaraq 85 layihə üzrə 425,000 ABŞ dolları təşkil edir.

10. Amma ŞQİİ layihə çərçivəsində törətdiyi ən böyük fırıldaq bütün digər fırıldaqları kölgədə qoyur. Bəs fırıldaq nədən ibarət idi?

Layihənin əsas fəaliyyəti istiqaməti üzrə komponenti üzrə ŞQİİ Azərbaycanın ehtiyacı olan kənd yerlərində kiçikmiqyaslı infrastruktur layihələr həyata keçirirdi. Və ŞQİİ belə layihələrin icrası üçün müraciət edən kəndlərdən icra olunacaq layihənin ümumi məbləğinin 25% töhfə kimi ödəməklərini tələb edirdi, şərt qoyurdu. Araşdırmamız nəticəsində məlum olub ki, məhz kasıb kəndlilərin topladığı töhfələr hesabına ŞQİİ layihə üzrə öz öhdəliklərini yerinə yetirirmiş. Belə ki, USAİD ilə ŞQİİ arasında layihə üzrə imzalanmış müqaviləyə əsasən icraçı (yəni ŞQİİ) proqramın icra olunmasına 1,459,326 ABŞ dolları məbləğindən az olmayan həcmdə vəsaiti proqramın icrasına töhfə verməyi öz üzərinə götürür.

11. Hətta yeni koronavirus pandemiyası belə, ŞQİİ və Delina Ficonun maddiyyat qazanmaları yönündəki qanunsusluq azğınlıqlarına son qoymadı. Onlar bu vəziyyətdən də öz qurama “kreativlikləri” sayəsində faydalanmağa macal tapdılar və şübhəsiz ki, bütün tədbirlər həmişəki kimi sırf gəlir əldə etməyə yönəlmişdir. Pandemiyanı bəhanə gətirərək ŞQİİ birinci növbədə bu il ərzində icra etməli layihələrin sayını 36-dan 30-a endirərək ən azı 120,000 ABŞ dolları məbləğində vəsaitə “qənaət” edib, kobud ifadə etsək, həmin məbləği də həzm-rabeəsindən keçirib.

12. Beləliklə, ŞQİİ-ni bütün fırıldaqları nəticəsində bu təşkilat 22 milyonluq layihənin ümumilikdə təxminən 10,5 milyon ABŞ dollarında vəsaitini mənimsəyib. Nəzərə alsaq ki, layihə müddətində manatın kursu iki dəfə dəyişib, o halda büdcəsi dollarla olan bu təşkilatın real qazanclarının miqyası haqqında gözəl təsəvvür yaratmaq olar. Ən əsası, mənimsəmələr əsasən, bilavasitə 2011-2016-cı illərdə baş vermişdir, yəni Azərbaycan hökumətinin vəsaiti xərclənən dövrdə.

13. Delina Fico layihənin yalnız birinci komponenti, yəni Azərbaycan hökumətini qane edən fəaliyyətin qalmasından çox narazı idi və 2018-ci ildə layihənin növbəti dəfə uzadılması məsələsi gündəmə gələndə sorossayağı “ictimai” fəaliyyətlərini layihəyə daxil etmək istədi. Lakin o vaxt ki yerli rəhbərlik buna yol vermədi. Çox təəssüf ki, bu dəfə Delina istədiyinə nail olub və yeni layihənin məqsədi məhz ölkədə “inqilab” meylərinin yaradılmasıdır. Delinanın yeni layihəsi haqqında isə aşağıda məlumat verəcəyik.

14. ŞQİİ mütəmadi olaraq külli vəsaitlər müqabilində ölkəyə xarici vətəndaşları ekspert qismində dəvət edir və təşkilat qanunsuz, qeydiyyatsız fəaliyyət göstərdiyi üçün, onlar Azərbaycana turist vizaları əsasında daxil olurlar, fəaliyyətlərini də həmin statusda aparırlar və faktiki olaraq milli əmək qanunvericiliyini pozurlar. Bundan əlavə, həmin şəxslər burada faktiki əmək fəaliyyətləri ilə məşğul olmalarını rəsmi bəyan etməməklə əmək fəaliyyəti üçün icazələr üzrə nəzərdə tutulmuş rüsumları ödəmirlər, bu da büdcənin itirilmiş gəlirlərinə aid edilə bilər.

Həmin şəxslər 3 aydan bir ölkəni ya Rusiya, ya da Gürcüstan istiqamətindən tərk edib yenidən ölkəyə daxil olurlar. Şübhəsiz ki, həm bu ekspertlərə həm də onların viza macəralarına xərclənən vəsaitləri daha da səmərəli istifadə etmək olardı. Amma görünür ki, həmin şəxslərin ölkəyə gətirilməsində gerçək məqsədlər iddia olunanlardan fərqlidir, yəni daha dəqiq desək, qaranlıqdır. Belə ki, hazırda ölkəmizdə bütün sahələr üzrə son dərəcə savadlı kadrlar mövcuddur və xaricdən bu sayda bahalı “ekspert” gətirməyə lüzum yoxdur. Hazırda da ölkədə bu “əsaslarla” fəaliyyət göstərən ekspertlər vardır. Və onlardan bəziləri “rəngli inqilablar” üzrə başqa ölkələrdə təcrübə əldə etmiş adamlardırlar. (ətraflı aşaıda).

15. ŞQİİ-nin digər qanunsuz fəaliyyəti özbaşına olaraq tenderlər keçirilməsidir. Maraqlıdır, qeydiyyatda olmayan bu qurum hansı əsaslarla ölkədə tenderlər keçirir?! Əslində, tender komissiyasının sədrinin artıq yaxşı tanıdığımız Delina Ficonun olması artıq özü-özlüyündə bu sualın cavabını bütün çılpqaqlığı ilə göstərir!

Mühüm qeyd: Azərbaycan Respublikasının 11 fevral 1997-ci il tarixli 247-IQ saylı Tenderlər Haqqında Qanunun 1-ci maddəsinə əsasən : “tender keçirən” - Azərbaycan Respublikası adından və ya öz adından tender hazırlayan, elan edən, keçirən və nəticəsi üzrə müəyyən öhdəlikləri yerinə yetirən, yaxud bunları (tenderin nəticəsi üzrə öhdəliklər götürərək icra etməkdən başqa) müqavilə əsasında hər hansı bir icraçıya həvalə edən hüquqi şəxsdir.”

Yəni ŞQİİ ölkədə hüquqi şəxs kimi qeydiyyatdan keçmədən, ümumiyyətlə, hər hansı bir tender keçirə bilməz. Tenderin keçirilməsi prosedurları isə, ümumiyyətlə, qanunun bir çox maddəsini pozur.

16. Tenderə çıxarılan infrastruktur layihələri isə ŞQİİ mühəndislik fəaliyyətinə rəsmi icazəsi-lisenziyası olmayan mühəndisləri tərəfindən hazırlanır ki, bu da bir başqa qanun pozuntusudur. Üstəlik, qeyri-peşəkar hazırlanmış mürəkkəb layihələrin icrası təhlükəsizlik baxımından da böyük suallar yaradır. Və layihənin icrası müddətində bununla bağlı bir sıra ciddi problemlər yaranmış, hətta USAİD bir müddət ŞQİİ layihələrinin icrasını dayandırmağı tapşırmışdır. Lakin Sorosun müdaxiləsindən sonra, layihə yenə də davam etdi.

17. Layihə kifayət qədər həssas regionlarda, yəni Rusiya və İranla sərhədlərdə fəaliyyət göstərirdi. Və əldə etdiyimiz məlumatlara görə, bu regionlarda ŞQİİ fəaliyyətlərinə başlamaq üçün USAİD-dən əlavə vəsait alınmasını əsaslandırmaq üçün Delina Fico eyniliklə Avropa İttifaqı ilə yönəldilməli olduğu siyasətdən və təhdiddən istifadə etmişdir. Bu haqda biz əvvəllər yazmışdıq. Delina Fico avropalıları belə qorxutmağı təklif etmişdi: “Siz bilirsiz ki, biz insanlarla onlar başa düşən dildə danışmalıyıq. Və Qərbi Balkan ölkələrinə gəldikdə əksər xarici diplomatların başa düşdüyü dil çox sadədir: Rusiya təsiri, potensial etnik-arası münaqişələr, zorakı ekstremizm və artan miqrasiya səviyyəsi...”

Əldə etdiyimiz məlumatlara görə, SEDA layihəsinin 2016-cı ildə sonra məhz İran və Rusiya ilə sərhəd rayonlarnda fəaliyyətə başlaması üçün Delina Fico tam eyni təhdid və arqumentlərdən istifadə etmişdi: Rusiya və İran tərəfindən təsirin qarşısının alınması, zorakı ekstremizm məsələləri və həmin regiondan miqrasiya axınlarının qarşısının alınması. Xatırladaq ki, hazırda ŞQİİ Şimal və Şimal Qərbdə Balakən, Qax, Zaqatala, Quba, Qusar, Xaçmaz, rayonlarda və Cənubda Lerik, Yardımlı və Astarada fəaliyyət göstərir. Görəsən Sorosla bağlı təşkilatların sərhədyanı regionallarda fəaliyyət göstərməsi nə dərəcədə məqsədəuyğundur?

18. ŞQİİ-u hökumət tərəfindən qeydiyyata alınmamasının yarandığı vəziyyətdən də məharətlə yayınır və hətta sui-istifadə edir və bəhrələnir. Belə ki, ŞQİİ bütün fəaliyyətlərini birbaşa özünün Nyu-York ofisindən həyata keçirir, bütün büdcə resurslarını oradan idarə edir, fəaliyyəti ilə bağlı bütün müqavilələr orda imzalanır və bütün müqavilələrdə “mübahisələrin” məhz Nyu-York məhkəmələrndə baxılması nəzərdə tutulur ki, bu da bütün yerli tərəfdaşları faktiki olaraq bu təşkilatdan tam asılı vəziyyətə salır. Yəni icraçı təşkilatlardan biri vəsaitin köçürülmədiyindən narazılığını bildirdikdə, ona deyilmişdi ki, Nyu-York məhkəməsinə müraciət etsin. Amma bir sözlə desək, ŞQİİ qeydiyyata alınmadığına görə, Azərbaycan vətəndaşlarından bu formada necə deyərlər, acığını çıxır, özü də buna görə heç bir məsuliyyət daşımır!

Üstəlik, layihənin bilavasitə ABŞ-dan idarə olunması vergidən yayınmalar üçün şərait yaradır və bunun üçün nəzərdə tutulan vəsaitlərin mənimsənilməsinə şərait yaradır. Məsələn ŞQİİ bütün işçiləri fərdi sahibkar kimi işə götürür və nəticədə sosial ayırmalardan boyun qaçırır. Halbuki, ŞQİİ rahatlıqla yerli partnyor təşkilat taparaq onun vasitəsi ilə bütün fəaliyyətlərini qanun çərçivəsində idarə edə bilərdi. Aydın məsələdir, bu kimi “fərqli” niyyətləri olan ŞQİİ üçün məqbul variant sayıla bilməz.

19. Bundan əlavə, Delina Fico əvvəllər ŞQİİ-da ona yaxın olmuş və nəzarətində fəaliyyət göstərmiş şəxsləri digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarında həm də digər şirkətlərdə işə düzəlməkdə bulunur, ünsiyyətdə olduğu bəzi dövlət məmurlarını müxtəlif mükafatlar və ya digər növ ödənişlər təklif etməklə özünə dəstək yaratmaqla məşğuldur, bu da Sorosun şəbəkələnmə taktikasının əsas elementidir.

Beləliklə, yuxarıda ŞQİİ törətdiyi pozuntuların bir qismini qeyd etdik. İndi isə ŞQİİ fəaliyyətini əhatə edən əsas müəmmalar haqqında bir neçə faktı diqqətinizə çatdırmaq istərdik:

*** ŞQİİ Azərbaycanda 10 ilə (!) yaxındır ki, tam qanunsuz, yəni Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədən fəaliyyət göstərir. Sonuncu dəfə qeydiyyatdan imtina haqqında qərar Ədliyyə Nazirliyi tərəfindən 5 oktyabr 2020-ci il tarixində göndərilmişdir. Heç SEDA layihəsi üzrə qrant belə qeydiyyatdan keçməmişdir.

*** ŞQİİ-nin fəaliyyətini əhatə edən ikitərəfli memorandumun müddəti 2016-ci ildə bitdiyinə baxmayaraq, naməlum səbəblərdən ŞQİİ hələ də (?) ölkədədir.

*** Ölkəmizdə fəaliyyət göstərən QHT-lərin nəzarətə götürüldüyü 2014-cü ildə ŞQİİ-in icra etdiyi SEDA layihəsi üzrə əsas nəzarətçi olan “İqtisadiyyat və Sənaye Nazirliyi (nazirliyin 2014-cü il üçün hesabatından sitat) sözügedən layihələrin davam etdirilməsinə birtərəfli qaydada xitam verib. Həmin sitatı xatırladırıq: “...Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsinin həyata keçirilməsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Prezident Administrasiyasına məktub ünvanlanmışdır…”. Lakin bu müraciət cavabsız qalmışdır...

*** Ədliyyə Nazirliyinin ŞQİİ-unun qeydiyyata alınması ilə bağlı müraciətinə məhz Iqtisadiyyat Nazirliyi tərəfindən mənfi rəy daxil olduğu üçün ŞQİİ hazırda da ölkədə qeydiyyata alınmadan yəni faktiki qanunsuz fəaliyyət göstərir. Lakin, ŞQİİ qanunsuz fəaliyyətlərinin hamısında və bütün elan və digər sənədlərində xüsusi vurğulayır ki, guya layihə İqtisadiyyat Nazirliyi ilə birlikdə həyata keçirilir, halbuki, bu layihə üzrə və ümumiyyətlə, ŞQİİ və İqtisadiyyat nazirliyi arasında heç bir hüquqi və yaxud digər anlaşma heç vaxt olmayıb və ola da bilməz. Layihəyə dair istənilən fəaliyyətlərlə bağlı yazışmaları İqtisadiyyat Nazirliyi birbaşa USAİD-lə aparırdı. ŞQİİ sadəcə Nazirliyin adından sui istifadə edirdi.

Soros özünə USAİD-dən daha 15 milyon ayırdı

Və bütün yuxarıda qeyd olunan pozuntular, yeyintilər, korrupsiya faktlarına baxmayaraq, Soros özünün ŞQİİ adlı pozucu qurumunu Azərbaycanda saxlamaqdan ötrü USAİD-də yenidən 15 milyon dollar məbləğində qrant ayırtdırdı. Layihənin müddəti 5 il adı isə “Səs”, yəni hətta adından görünür ki, layihənin məqsədi insanlara “səslərini ucaltmağı” öyrətmək və onlara bu işdə “köməklik” etməkdir - gerçək məqsəd isə, Azərbaycanda “rəngli inqilab” üçün baza yaratmaq və onun dəstəkləməkdən ibarətdir. Yeni layihənin digər əsas məqsədi, mərkəzsizləşdirmə proseslərinin yayılmasıdır ki, bu da birbaşa separatizm meyillərinin dəstəklənməsinə yönəlmiş fəaliyyət kimi dəyəndirilməlidir.

Və bu fəaliyyətləri idarə edməkdən ötrü, Soros digər ölkələrdə onun “rəngli inqilablar” konspesiyalarını uğurlar həyata keçirmiş şəxsləri gətirir. Məsələn, yeni layihənin rəhbərliyinə Sorosun ən çox uğur əldə etdiyi və hətta medalı ilə təltif olunduğu Ukraynadan Yuliya Yeşmuxanova (Yulia Yesmukhanova) adlı şəxs gətirilmişdir ki, həmin şəxs Ukraynada Sorosun maliyyələşdirdiyi DOBRE adlı layihəsini icra edən əsas simalardan biridir.

https://www.globalcommunities.org/dobre

Bu, özü-özlüyündə Azərbaycanın QHT qanunvericiliyinin kobud şəkildə pozulmasıdır. Belə ki, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununun 7.5-ci maddəsində qeyd olunur: “...Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər, habelə xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş qeyri-hökumət təşkilatlarının, eləcə də xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar...” . Soros isə ŞQİİ-nun Azərbaycandakı rəhbərinini də, onun müavinini də özünə yaxın şəxslər olaraq təyin edib.

Nəticədə isə bircə sual yaranır: Maraqlıdır, bəs bu təşkilatın arxasında ölkəmizdə kim(lər) dayanıb ki, Soros istədiyi qanun pozuntularını edir və kimlərsə (?) ŞQİİ adlı qurumun ölkəmizdəki qeyri-qanuni, eləcə də məqsədi heç də yaxşı olmayan fəaliyyətinə göz yumurlar?!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə