USAİD Azərbaycanı saymır və ərazi bütövlüyünü şübhə altına alır! ANALİTİK+FAKT
Ölkəmizdən qovulan Soros fondunun qolu sayılan bu qurumun kirli əməlləri faktlarla sübuta yetirilib və bu gün də yetirilməkdədir
Hazırkı dövrə qədər USAİD-in anti-Azərbaycan xarakterli rəhbəri və bu qurumun əslində erməni lobbiçilərinin pərdəarxası fəaliyyətləri haqqında dəfələrlə, eləcə də 100%-lik sübutlarla yazdığımıza baxmayaraq, Samanta Pouerin ölkəmizdəki nümayəndəliyi hələ də öz fəaliyyətlərini davam edir. Üstəlik, bu azmış kimi, açıq şəkildə Azərbaycan dövlətinə. Xalqına qarşı hörmətsizlik və sayğısızlıq nümayiş etdirir. Bu qurumun əsas kökünün hazırda Ağ ev administrasiyasının və Bayden rəhbərliyi, yəni qondarma erməni soyqırımının qəbul edildiyi bir zümrə ilə bağlı olduğu barədə də kifayət qədər yazılıb və məlumatlar verilib.
Lakin hər bir mühüm məsələyə əhəmiyyətsiz yanaşmanın sonradan fəsadlar verə biləcəyi ehtimallarının da yüksək olacağını düşünərsək, bir daha USAİD adlı ermənipərəst qurumun daha bir kirli, antitürkçülüyə, antiazərbaycançılığa doğru hesablanmış əməlinin ifşa edilməsinin tam zamanı olduğu qənaətinə gələ bilərik.
Elə isə keçək mətləbin məğzinə:
Belə ki, ABŞ konqresi USAİD adlı təşkilata məktub göndərib və həmin məktubda “Artsaxda” (?!) yaşayan ermənilərin ehtiyaclarının qiymətləndirilməsinə dair görülən səylər haqqında” (??!!) məlumatın verilməsi tələb edilib.
Və hələ bu harasıdır? Konqresin sözügedən məktubuna cavab olaraq USAİD geniş məzmunlu cavab hazırlayıb və ən maraqlısı (!) Azərbaycanın ölkə rəhbərliyinin “Daqğlıq Qarabağ” adlı ərazinin olmaması barədə verdiyi bəyanatlara rəğmən, “Dağlıq Qarabağ” adından istifadə edib, üstəlik “Dağlıq Qarabağı” faktiki olaraq “müstəqil dövlət” kimi tanıyaraq “Dağlıq Qarabağ” və Ermənistanın ümumi sərhədləri olduğuna işarə edib (!!!).
Məktuba deyilir: “USAİD davamlı olaraq Dağlıq Qarabağdan 90, 000 köçürülmüş (ingilis dilində “displaced” termini istifadə edilib-R.R.) şəxsin Ermənistana gəlməsi nəticəsində yaranmış kompleks humanitar böhrana səmərəli cavab tədbirləri görməkdən ötrü öz proqramlarının adaptasiyasını davam etdirir...”
Məktubun tam mətnini aşağıda oxuya bilərsiniz:
Göründüyü kimi, bu, artıq tam bir rəzalət və rüsvayçılıqdır. Yəni USAİD Qarabağdan Ermənistana qaçanları “ölkə daxilində köçürülmüş” şəxslər kimi tanıyır və bu da birbaşa (!) beynəlxalq hüquq normalarına, eləcə də beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycanın suveren ərazilərinə qarşı tam bir müdaxilədir. Belə çıxır ki, bu həmin şəxslər beynəlxalq sərhədləri pozaraq digər ölkə ərazisinə keçdiklərinə görə, onlara “qaçqın” deyilməli və buna müvafiq də status verilməlidir...
Bu rəzalətdən isə yalnız bu nəticəni hasil etmək olar: yuxarıda da vurğulandığı kimi, təkcə bu kimi sərsəm və qəbuledilməz bəyanatları ilə USAİD açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü təhdid edir!
USAİD 1998-2020-ci illər ərzində separatçı-quldur rejimə 48 milyon ABŞ dolları məbləğində yardım göstərib!
Və bu da son deyil. Sözügedən məktubda həmçinin qeyd olunub ki, 1998-2020-ci illər ərzində USAİD separatçı-quldur rejimə 48 milyon ABŞ dolları məbləğində yardım göstərib. Separatçı quldur rejimi məhz həmin maliyyə vəsaitləri hesabına işğal olunmuş ərazilərdə mürəkkəb müdafiə istehkamları qurub, silahlanıb.Vətən müharibəsində isə Azərbaycan Ordusu məhz həmin istehkamları fəth etməkdən ötrü nə qədər qəhrəmanlıqlar göstərdi, şəhidlər verdi. Bunun cavabını vermək zamanı isə artıq yetişib - USAİD-in ermənipərəst rəhbərliyinin tapşırıqları altında fəaliyyət göstərən emissarlar da ölkəmizdən öz sənəd-sünədləri ilə rədd edilməlidirlər.
Təbii ki, bunun da səbəbi var:
USAİD bəyan edir ki, o “Dağlıq Qarabağdan” köçürülmüş şəxslərə əlavə olaraq 2,5 milyon dollar yardım göstərəcəkdir. Yəni USAİD Azərbaycanda fəaliyyət göstərdiyi dövrlər ərzində bir milyon qaşqın və məcburi köçkünlərimiz haqqında dürüst qərar qəbul etməyib, sadəcə, kənd təsərrüfatı və s. kimi sahələrdə guya “əməli fəaliyyət” göstərməklə, gerçək ermənipərəst siyasi maraqlarını pərdələyib, özü də minnət qoymaqla. Bəs deyilmi?!
Bu baxımdan da xatırladaq ki, USAİD hazırkı rəhbəri Samanta Pouer 2006-cı ildə çəkilən qondarma “erməni soyqırımı” haqqında filmdə türkləri “faşist” adlandıran. “qenosidin” tanınma gününü özünün ikindi ad günü elan edən bir radikal ermənipərəts ünsürdür. Məhz Samanta Pouer sosial şəbəkələrdə etiraf etmişdi ki, övladları kilsəyə gedərkən, onlara “genosid qurbanlarına” şam yandırmağı tapşırıb.
Haqlı olaraq sual yaranır: əziz xalqımız, bütün bunlardan sonra bu təşkilat axı bizim ölkədə nə gəzir? Bunun isə cavabının bir tərəfi vaxtilə USAİD-in bağlı olduğu Soros fondudur. Həmin Soros fondu ki, o da ermənipərəst davranışlarına, ölkəmizdə hərc-mərcliklər yaratmasına görə Azərbaycandan rədd edilmişdi. İndi isə növbə USAİD-indir!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə