USAİD, Soros, Samanta Pauer triosu ANALİTİK

Qərəzli dairələrin Azərbaycana qarşı hibrid müharibəsi

Corc Sorosun yaratdığı, eləcə də nəzarətində saxladığı USAİD vasitəsilə maliyələşdiridiyi Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (Organized Crime and Corruption Reporting Project) (OCCRP) növbəti dəfə Azərbaycan hakimiyyətinə qarşı cəfəng iddialara söykənib. USAİD-in qərəz və şər hədəfinə Azərbaycanın ərazi bütövlüyünü bərba edən ölkə Prezidenti ilə yanaşı bir sıra digər müstəqil siyasət yürüdən ölkə başçıları da daxildirlər. Məqsəd isə bəri başdan aydındr - birinci növbədə müstəqil siyasət yürütdüklərinə görə nüfuzlu siyasi xadimlərə təzyiq rıçaqlarını artırmaq, ikincisi isə ölkələr daxilində süni narazılıqlar və iğtişaşlar yaramaq.

Söz yox ki, USAİD-in bu dezinformasiyanı mütləq şəkildə son vaxtlar ölkəmizə qarşı olan digər proseslər kontekstindən də baxmaq və təhlil etmək vacibliyi yaranır.

Şübhəsiz ki, bənzər proseslər daim Azərbaycana qarşı nifrətini gizlətməyən Corc Sorosun əlunun altında hazırlanır və eyni zamanda, bu proseslərin sürətlənməsində onun müəmmalı yollarla hakimiyyətə gətirdiyi Baydeni administrasiyası özəl rol oynamaqdadır. Prezident təyin etməkdən və bu yolla faktiki hakimiyyətə yiyələndikdən sonra başladı. Təkcə bir fakta diqqət yetirək və müqayisə edək – respublikaçıların iqtidarı zamanı bu kimi hallar demək olar ki, yox səviyyəsində idi, lakin demokratların zor-bəla ilə hakimiyyətə sırınmasından sonra xüsusilə Azərbaycan iqtidarına qarşı ittihamlar, şər-böhtanlar, qərəzli təzyiqlər artmağa başladı. Bu isə artıq özü-özlüyündə hər şeyi bütün çılpaqlığı ilə ortaya qoymaqdadır.

Təbii ki, vaxtilə Azərbaycandan qovulmuş Soros sadəcə həzm edə bilmir ki, İlham Əliyev onun dəstəklədiyi və bu regionda forpostu olan Ermənistanı diz çökdürdü. Bu qələbə bütün dünyaya nümayiş etdirdi ki, Corc Sorosdan və ümumilikdə ABŞ siyasətindən fərqli siyasət yürütmək qələbəyə qətirir.

Və bu, Soros üçün, ABŞ-ın mövcud hakimiyyəti uçun əsl fəlakətdir. Belə ki, bu, presedent yaradır. Və bu presedentin bir sübutunu biz Əfqanistanda da gördük. Yəni bütün dünya xalqları gördü ki, ABŞ-ın ən yüksək səviyyələrdə dəstəklədiyi Ermənistanı Azərbaycan cəmi ay yarıma tam məhv edir. Şübhəsiz ki, bu ABŞ-ın supergüc blefinin üstünün açılması idi və əfqanlar da bundan dərhal istifadə etdilər.

Təsəvvür edin ki, bundan sonra, ABŞ-ın nəzarətində olan bütün xalqlar artıq reallıqları düzgün qiymətləndirib ABŞ-ın təsir dairəsində sıxmağa çalışacaqlar. Nəticədə, Soros indiyədək rəngli inqilablara investisiya etdiyi milyardları itirəcək, odur ki, o, əlavə pul investisiya etməyə başlayıb.

Və maraqlısı odur ki, Soros özünün təxribatları üçün ABŞ-ın dövlət büdcəsindən istifadə edir (!!!) Sorosun planlarını əsas icraçısı isə şübhəsiz ki, USAİD-dir. Soros üçün bu proseslər xüsusilə, USAİD-in rəhbərliyinə Samanta Poueri gətirdikdən sonra daha da asanlaşıb. Belə ki, Samanta Paueri hakimiyyət pillələri ilə qaldıran məhz Corc Soros olub. Biz SİA olaraq Smanta Pauerin Sorosun köməkliyi ilə yüksəlişi barədə aşağıdakı yazıda məlumat vermişdk.

https://sia.az/az/news/politics/856893.html

İkincisi isə Samanta Pauer hazırda ABŞ-ın ən qatı anti-Azərbaycan, antitürk dövlət rəsmisidir və Azərbaycana qarşı yönəlmiş fəaliyyətləri böyük həvəs və canfəçanlıqla edəcək.

OCCRP – Sorosun təsir və təhdid şəbəkəsinin bir həlqəsidir

Artıq heç kimə sirr deyil ki, OCCRP təşkilatını arxasında Corc Soros dayanıb və bu təşkilat birbaşa USAİD tərəfindən maliyyələşir. Hətta təşkilatın Vikipediya səhifəsində və özünün səhifəsində onlar bu faktları gizlətmirlər, üstəlik, öz kirli əməlləri ilə fəxr edirlər.

Xatırlatmaq istərdik ki, Azərbaycan Prezidenti BBC- jurnalistinin Azərbaycanda Azad medianın sıxışdırılması haqqında sualına cavab olaraq, məhz Britaniyada faktiki olaraq ev dustaqlığında olan Assanjın nümunəsi gətirərək demişdir: “Bəs onda siz cənab Assanjın qarşı olanları necə qiymətləndirirsiz? Məgər bu sizdə azad mediaya olan münasibətin göstəricisi deyil?”

https://report.az/en/analytics/ilham-aliyev-s-bbc-interview-causes-a-stir-in-social-networks/

Təsəvvür edin ki, Culian Assanc - ABŞ-ın xarici siyasətinin kirli işlərini dünya içtimaiyyətinin diqqətinə Vikiliks vasitəsi ilə çatdıran bir şəxs, OCCPR haqqında bunları demişdi: “...Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi ( Organized Crime and Corruption Reporting Project) (OCCRP) vasitəsi ilə məlumatların yayılmasını birbaşa USAİD dəstəkləyir...”

Bu həmin Assancdır ki, ABŞ-ın gerçək mahiyyətini açdığı üçün uzun illərdir ABŞ tərəfindən təhdidlərə məruz qalır.

USAİD-in ofisində OCCRP ilə yayın qabağı iclas

Beləliklə biz, SİA olaraq USAİD-in Azərbaycana qarşı OCCRP tərəfindən həyata keçirdiyi dünənki növbəti hücumla bağlı əhəmiyyətli fakt əldə etmişik.

Məlum olub ki, yayımdan bir neçə gün əvvəl, Samanta Pauer OCCRP üzvləri ilə görüş keçirib (!). Görüş zamanı müxtəlif ölkələrdəki vəziyyət müzakirə olunub. O cümlədən, yenə də Azərbaycanda “insan haqlarının vəziyyəti” məsələsi qeyd olunub.

İndi təsəvvür edin ki, görüşün protokoluna daxil edilməyən və amerikalıların “off the record” (protokoldan kənar R.R.) termini ilə əhatə olunan hansı məsələlər müzakirə olunub ki, dərhal o görüşdən sonra ölkəmizə qarşı növbəti cəfəngiyyat paylaşılsın. Bu addımla da Samanta Pauer ona göstərilən “böyük etimadı” növbəti dəfə doğruldub. Görüşün protokolu ilə burdan tanış ola biləriniz:

https://www.usaid.gov/news-information/press-releases/sep-23-2021-usaid-administrator-power-hosts-roundtable-anti-corruption-change-agents

ABŞ-dan Azərbaycana qarşı aparılan genişmiqyaslı hücumun digər elementləri

Və USAİD-in bu hücumu ABŞ-ın Azərbaycana qarşı digər antiazərbaycan hərəkətləri ilə eyni vaxtda baş verir. Məsələn bu günlərdə məlum olub ki, ABŞ-ın hərbi təlimatçıları Ermənistanda əhaliyə yeni döyüş taktikalarını öyrədirlər.

Digər tərəfdən, keçən dəfə Menendez-Arslanyanın rəhbərlik etdiyi ABB-ın xarici əlaqələr komitəsində Azərbaycana qarşı 4 qərəzli qətnamə qəbul olunur.

Nəticədə, belə bir vəziyyətdə digər maraqlı proseslər baş verir. Məsələn, İsrailin Azərbaycandakı gənc səfiri ABŞ səfiri ilə birlikdə Qubaya gedir və orada USAİD-in yeni layihəsinə start verir. Lakin layihəni ABŞ-ın maiyyələşdirdiyinə baxmayaraq və USAİD-in icra etdiyinə baxmayaraq, ABŞ səfiri susur və bəyanat üçün fürsəti ABŞ-ın, yəni Sorosun fitnəkarlığlığını tam dərk edə bilməyən İsrailin gənc səfirinə həvalə edir. Və o da iki ölkə arasında əməkdaşlığı regional kontekstə genişləndirərək, bizim ərazimizdən üçüncü və bizə qonşu ölkənin maraqlarına cavab vermir. Əlbəttə ki, bu bəyanat ABŞ-ın Azərbaycana qarşı hibrid müharibəsinin tərkib hissəsidir, və təəssüflər olsun ki, İsrailin gənc səfiri bu fitnəkarlığının qurbanı oldu. Daha dəqiq desək, Sorosun iyrənc siyasətinin fərqinə vara bilmədi.

ABŞ səfirinin niyə susması haqqında isə biz yazmışdıq...

https://sia.az/az/news/politics/895195.html

Amma görünür təcrübəli səfir susqun şəkildə də Ağ evdən tapşırıqları məharətlə yerinə yetirir.

Ağaye Soros

Və ABŞ səfirinin bu təxribatı baş tutdu, belə ki, İranda bu bəyanata kəskin reaksiyalar gəldi. Amma bu da məlumdur ki, Sorosun İranda da şəbəkəsi var. Güya ABŞ-la gərgin münasibətləri olan İran eyni zamanda Sorosla sıx əməkdaşlıq edir. Aşağıda bununa bağlı Avropa İttifaqının bir maraqlı sənədi ilə tanış ola bilərsiniz:

Və ABŞ səfirinin bu təxribatı baş tutdu. Belə ki, İranda bu bəyanata kəskin reaksiyalar gəldi. Amma o da məlumdur ki, Sorosun İranda da şəbəkəsi var. Güya ABŞ-la gərgin münasibətləri olan İran eyni zamanda, Sorosla sıx əməkdaşlıq edir. Aşağıda bununla bağlı Avropa İttifaqının bir maraqlı sənədi ilə tanış ola bilərsiniz:

https://www.europarl.europa.eu/doceo/document/E-8-2018-004594_EN.html

Məlumatda deyilir:

“....Verilən suallara cavab olaraq, İran İslam Respublikasının Xarici İşlər Naziri Məhəmməd Zərif, təsdiq etdi ki, ayətullah rejimi tez-tez beynəlxalq fırıldaqçı Corc Sorosun rəhbərlik etdiyi Açıq Cəmiyyət İnstitutu ilə təmasda olub...”

Bax belə! ABŞ-ın bayrağını asfalt üzərində çəkib üstündən gəzən Tehran rəngli inqilabların mühəndisi və seksual azlıqların müdafiəçisi Sorosla əməkdaşlıq edir. Məgər faktdan da artıq fakt olurmu?

Beləliklə Soros, Arazın bu tərəfində ABŞın səfiri vasitəsilə İsrailin səfirini yanlış bəyanatlara təhrik edir, digər tərəfdən İran hakimiyyəti daxilindəki şəbəkəsi vasitəsi ilə bu bəyanata görə Azərbaycanı hədəfə alır.

ABŞ səfirinin biristiqamətli səfərlər xəritəsi

Burada diqqət çəkən digər bir maraqlı fakt da var. Ümumiyətlə, ABŞ səfirinin Azərbaycandakı səfərlərinin xəritəsinə nəzər salsaq görürük ki, səfər ən çox Şimal və Şimal Qərb rayonlarına səyahət edir, yəni əsasən, Rusiya ilə sərhəd rayonlara. Orda əhali ilə və yerli icra başçıları ilə görüşlər keçirir, Rusiya ilə ticarət və digər əlaqələr haqqında məlumatlar toplayır. Məqsəd isə USAİD-in “Kremlin zərərli təsirinə müqavimət” (COUNTERING MALIGN KREMLIN INFLUENCE ) adlı fəaliyyətin dəstək verməkdir. Ətraflı:

https://sia.az/az/news/politics/879831.html

Görünür, ABŞ-ın səfirinin İranla sərhəd rayonlara bir o qədər maraq göstərməməyinin səbəbi isə Sorosun İranda olan şəbəkəsindən əminliyidir ki, onlar Azərbaycana qarşı fəaliyyətlərə dair Sorosdan aldığı tapşırıqları layiqincə yerinə yetirəcəklər. Rusiyada isə USAİD artıq yoxdur. Putin USAİD-i Rusiyadan məhz elə bu cür fəaliyyətlərə görə hələ 2012-ci lin sentyabrında qovub.

Hibrid müharibəsində vətən xainlərindən istifadə - deməli, Arif Məmmədov adlı birisi...

Yeri gəlmişkən, onu da xüsusi qeyd etmək lazımdr ki, Soros ölkəmizə qarşı hibrid müharibədə kökünü və soyunu unutmuş insanlardan məharətlə istifadə edir.

Sözdə özlərini radikal müxalifətçi olaraq zorla ictimai rəyə sırıyan siyasi gəda-güdələr USAİD-dən yemlənərək öz ölkələrinə və xalqın birmənalı liderinə qarşı istənilən cəfəngiyyatları uydurmağa hazırdılar. Və ən maraqlısı odur ki, bu ünsürlərin əksəriyyəti məhz ABŞ və Fransada məskunlaşıblar. Yaxşı, bircə sual yaranır, Azərbaycana nifrət edən və qərəz nümayiş etdirən ölkə axı sənə niyə sığınacaq versin? Deməli sən onun siyasətini yürüdürsən? Bu arada o xainlərdən biri haqqında maraqlı fakt əldə etmişik.

Deməli, Arif Məmmədov adlı birisi Avropada səfir işləyərkən, əsas fəaliyyəti maşın alveri olubmuş. O bütün səfirliyini əməkdaşlarına tapşırırmış ki, bazarda ucuz maşınlar tapıb ona məlumat versinlər, o da sonradan Bakıdakı maşın alverçilərinə həmin maşınlar satırmış. Əsl “patriot” belə olurmuş...

Blinkenin sorğuları

Əlbəttə ki, ölkəmizə və rəhbərimizə qarşı hücumlardan ötrü əsassız informasiyalar ölkə daxilindən ötürülür. Bu prosesdə başlıca rolu ABŞ səfirliyinin müdafiəsi altında olan USAİD oynayır. Burada Assancın Vikiliks vasitəsi ilə yaydığı məlumatlara istinad etmək istərdik. Aşağıdakı məktubların biri 2009-cu ilin dekabrında, digəri isə 2010-cu ilin fevral ayında ABŞ-ın Azərbaycandakı səfirliyinə göndərilib.

https://wikileaks.org/plusd/cables/09STATE132385_a.html

https://wikileaks.org/plusd/cables/10STATE13575_a.html

Məktublarda səfirlərə tapşırılır ki, Azərbaycanın daxili və xarici siyasəti haqqında bütün mövcud şəbəkələrdən istifadə etməklə zəruri məlumatlar toplanılsın. Hər iki məktub o vaxtkı dövlət Katibi Hilari Klintonun (diqqət edin, yenə də demokratların-R.R.) imzası ilə göndərilib. Lakin bu məktubları tərtib edən məhz indiki dövlət Katibi Entoni Blinken olub. Belə ki, Hilari Klinton 2009-2013 illərdə dövlət katibi olduğu dövrlərdə, Blinken Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olub. Blinkenin atası Donald Blinken isə Corc Sorosun ən yaxın dostudur. Görün indi özü dövlət katibi olan Blinken hansı sorğular göndərir və biz bunlardan qərəzdən başqa nə gözləyə bilərik?

Sorosun ölkə daxilindəki dayaq nöqtələrinə zərbə endirməyin zamanıdır

Bəs Blinkenin şübhəsiz ki, indi də tələb etdiyi məlumatları ABŞ-ın səfirliyi və USAİD kimlərdən əldə edirlər? Əlbəttə ki, Sorosun hələ də ölkə daxilində mövcud olan şəbəkəsindən. Burada xüsusi rol elə Sorosun özünə məxsus olan və hələ də USAİD-ın çətiri altında fəaliyyət göstərən təşkilatlara ayrılır.

Məsələn biz Sorosa məxsus Şərq-Qərb İdarəetmə İnstitutu (bax: https://sia.az/az/news/politics/875418.html) haqqında dəfələrlə yazmışıq. Və bugünlərdə məlum olub ki, USAİD Sorosun ŞQİİ təşkilatına yenidən 15 milyon ABŞ dolları ayırıb, özü də “ictimai fəallığın dəstəklənməsi” layihəsinə.

Digər məlumat mənbəyi əlbəttə ki, USAİD-dən maliyyələşən yerli və siyasiləşmiş müxalifətyönlü QHT-lərdir. Onlar da aldıqları qrantların müqabilində istənilən cəfəngiyyat uydurmağa hazırdılar. Şübhəsiz ki, başqa məlumat mənbəyi, bəzi ABŞ-yönümlü məmurlardır ki, bəlli və ya qeyri-bəlli münasibətlər naminə müəyyən məlumatarı qeyri-rəsmi olsa da bölüşürlər.

Yuxarıdakı bütün təhlillər göstərir ki, Sorosun taxta otuzdurduğu Bayden hökumətinin yeganə məqsədi Azərbaycanın qələbə ruhunu sarsıtmaq, qələbənin nəticələrini sual altına almaq, ölkə rəhbəri haqqında yalan yaymaqla, ölkədə narazılıq yaratmaq və yeni “rəngli inqilablara” start verməkdir. Bütün bu proseslər ABŞ-ın əsas “vuran əli” hesab edilən USAİD vasitəsi ilə icra edilir. Nə qədər ki, USAİD Azərbaycandan qovulmayıb, biz bu kimi qərəz və sabotaj cəhdləri ilə üzləşəcəyik. Bunu dolayısı yolla təsdiq edən bir fakt: OCCRP dünən paylaşdığı “pandora kağızlarında” Putinin adı yoxdur. Niyə? Ona görə ki, o USAİDi çoxdan ölkədən qovub və təxribat məlumatları toplayan və ötürən yoxdur.

Artıq növbə müvafiq diplomatik qurumlarımızındır – bu kimi təşkilatlar Azərbaycandan rədd edilməlidirlər!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə