USAİD Azərbaycanda siyasi fəaliyyətlə məşğul olduğunu etiraf etdi FAKT+ANALİTİK

Bakı ilə Moskvanın maraqları üst-üstə düşürsə, Vaşinqtonun birinci vəzifəsi müxtəlif qeyri-siyasi qurumlar, həmçinin ayrı-ayrı şəxslər vasitəsi ilə həmin maraqları aradan götürməkdən ibarət olmalıdır

Hələ 2019-cu ilin 5 iyul tarixində USAİD yeni fəaliyyət istiqamətinin konsepsiyasını təqdim etmişdi. Belə ki, konsepsiyada göstərilən əsas fəaliyyət istiqaməti “Kremlin zərərli təsirinə müqavimət” (COUNTERING MALIGN KREMLIN INFLUENCE ) adlandırıldı və bununla da faktiki olaraq ABŞ, Rusiya ilə sıx siyasi və iqtisadi bağlılıqları, strateji tərəfdarlıqları, eləcə də partnyorluqları olan ölkələrdə rəsmi (!) anti-Rusiya təbliğatına start verdi. Əslində isə, bunu ABŞ-la Rusiya arasında uzun illərdir davam edən soyuq müharibənin növbəti və daha sərt mərhələsi kimi də qiymətləndirmək olar. Misal üçün, əgər Azərbaycan Rusiya ilə münasibətlərini daha səmimi və sıx bağlara doğru yönəldirsə, yaxud strateji tərəfdaş olaraq bir sıra siyasi-iqtisadi məsələlərdə Bakı ilə Moskvanın maraqları (əsasən, Cənubi Qafqaz regionunda) üst-üstə düşürsə, Vaşinqtonun birinci vəzifəsi müxtəlif qeyri-siyasi qurumlar, həmçinin ayrı-ayrı şəxslər vasitəsi ilə həmin maraqları aradan götürməkdən ibarət olmalıdır.

SİA analitik araşdırma və faktlara əsaslanan növbəti məqaləsini təqdim edir və beləliklə, maraqlı fakt həm də ondan ibarətdir ki, ilkin konseptual sənəddə Rusiyanın təsiri ilə mübarizədə əsasən Şərqi Avropa ölkələri nəzərdə tutulur.

Link aşağıda:

https://www.usaid.gov/sites/default/files/documents/1863/CMKI_Development_Framework_.pdf

Beləliklə, sözügedən fəaliyyət üzrə ilk illik hesabatla tanış olduqda məlum olur ki, aparılan işin əhatə dairəsi genişləndirilərək artıq ümumilikdə 11 ölkəni o cümlədən, Azərbaycanı əhatə edir və diqqət yetirsək görərik ki, son bir neçə ildə, xüsusilə son vaxtlar (ABŞ-da demokratlar hakimiyyətə yiyələndikdən sonra) müxtəlif tədbirlər planlarında Vaşinqtonun Bakıya təsir etmək maraqları bu və ya digər şəkildə artmağa başlayıb.

O da əbəs deyil ki, yuxarıda müxtəlif təşkilatlar və ayrı-ayrı şəxslər deyərkən biz, həmin məsələni xatırladaraq diqqəti həmin istiqamətə tərəf yönəltdik. Çünki hazırkı zamana qədər Azərbaycanda ən çox fəaliyyət aparan Amerika təşkilatı məhz USAİD-dir. Bu haqda çıxış etdiyimiz onlarla məqalələrdə qurumun təməlində milyarder Corc Sorosun dayandığını qeyd etmiş, həmçinin onun müəyyən etdiyi adamlarının humanitar və s. sahələr adı altında Azərbaycanda “rəngli inqilab” və başqa dağıdıcı üsullar istiqamətində iş aparmaları haqqında yazmışıq. Bəli, Corc Sorosun “Açıq Cəmiyyət İnstitutu” rəsmi olaraq Bakıdan uzaqlaşdırılıb və fəaliyyətinə qadağa qoyulub, amma bu, o demək deyil ki, Sorosun ayağı ölkəmizdən tamamilə yığışıb, əsla, bu, heç də belə deyil! Soros özü burada olmasa da, onun “demokrat” bədheybətləri kirli planlarını müxtəlif layihələr vasitəsi ilə icra etməyə cəhdlər göstərirlər. Xüsusilə, Co Baydenin müəmmalı prezident seçilməsindən sonra bu cəhdlər sürətlə artmağa başlayıb.

Nəticədə məqalənin əvvəlində qeyd edilən konsepsiya USAİD-in mövcud olduğu ölkələrdə birbaşa siyasi fəaliyyətlə məşğul olduğunu rəsmi olaraq təsdiq edir, halbuki USAİD-in bəyan etdiyi əsas fəaliyyət istiqaməti guya “yardım proqramlarının” həyata keçirilməsidir.

Yeri gəlmişkən, Rusiyanın Xarici İşlər Nazirliyi USAİD-in bu proqramının tətbiqinə reaksiya verərək qeyd etmişdi ki, bu təşkilat (sitat): “ideoloji mübarizə və təbliğat emalı vasitəsidir...”.

Əraflı aşağıdakı linkdə:

https://www.mid.ru/ru/foreign_policy/news/-/asset_publisher/cKNonkJE02Bw/content/id/3716130

Və əslində, Azərbaycan istisna olmaqla proqramla əhatə olunan digər dövlətlərin hamısı həqiqətən də Rusiya ilə ciddi siyasi problemlər yaşayırlar. Həmin ölkələrdən Moldova, Ukrayna, Gürcüstan, və Ermənistanın Rusiya ilə problemləri haqqında bizim ictimaiyyət kifayət qədər məlumatlıdır. Digər ölkələrdəki problemlər haqqında isə müəyyən məlumatları xatırlatmaq olar.

Hesabatla bu linkdən tanış ola bilərsiniz:

https://www.usaid.gov/sites/default/files/documents/12.07.20_CMKI_Public_Report.pdf

Məsələn, Şimali Makedoniya Rusiyanı iğtişaşların təşkilində ittiham etmişdi, bu ilin əvvəllərində isə Rusiya öz diplomatlarını ölkədən çıxarmışdı.

https://ria.ru/20181218/1548199332.html

https://ria.ru/20210518/diplomatiya-1732807956.html

https://www.aa.com.tr/ru/%D0%B7%D0%B0%D0%B3%D0%BE%D0%BB%D0%BE%D0%B2%D0%BA%D0%B8-%D0%B4%D0%BD%D1%8F/%D1%80%D0%BE%D1%81%D1%81%D0%B8%D1%8E-%D0%BE%D0%B1%D0%B2%D0%B8%D0%BD%D0%B8%D0%BB%D0%B8-%D0%B2-%D0%BE%D1%80%D0%B3%D0%B0%D0%BD%D0%B8%D0%B7%D0%B0%D1%86%D0%B8%D0%B8-%D0%B1%D0%B5%D1%81%D0%BF%D0%BE%D1%80%D1%8F%D0%B4%D0%BA%D0%BE%D0%B2-%D0%B2-%D0%BC%D0%B0%D0%BA%D0%B5%D0%B4%D0%BE%D0%BD%D0%B8%D0%B8-/1206209

ABŞ-ın bu kimi təsirlərinin nəticəsi olaraq 27 mart 2020-ci lldə Şimali Makedoniya NATO üzvü seçildi.

Albaniya isə Rusiyanı alban dilinin məhvində ittiham edib, özü də bunu qondarma “erməni genosidinə” bənzədib.

Link aşağıda:

https://panorama.pub/36567-albaniya-obvinila-rossiyu.html

Bir neçə gün əvvəl isə Albabiya Rusiya diplomatlarını ölkədən çıxarıb. Eyni ssenari üzrə Bosniya-Hersoqovina da Rusiyanı daxili işlərinə qarışmaqda ittiham edib.

Link aşağıda:

https://www.aa.com.tr/ru/%D0%BC%D0%B8%D1%80/%D0%B1%D0%B0%D0%BA%D0%B8%D1%80-%D0%B8%D0%B7%D0%B5%D1%82%D0%B1%D0%B5%D0%B3%D0%BE%D0%B2%D0%B8%D1%87-%D0%BE%D0%B1%D0%B2%D0%B8%D0%BD%D0%B8%D0%BB-%D1%80%D0%BE%D1%81%D1%81%D0%B8%D1%8E-%D0%B2%D0%BE-%D0%B2%D0%BC%D0%B5%D1%88%D0%B0%D1%82%D0%B5%D0%BB%D1%8C%D0%B2%D0%B5-%D0%B2-%D0%B4%D0%B5%D0%BB%D0%B0-%D0%B1%D0%BE%D1%81%D0%BD%D0%B8%D0%B8-%D0%B8-%D0%B3%D0%B5%D1%80%D1%86%D0%B5%D0%B3%D0%BE%D0%B2%D0%B8%D0%BD%D1%8B/2079175

Əbəs deyil ki, hazırda bu ölkə NATO üzvlüyünə növbəti ən real namizəd sayılır.

Tam eyni qaydada Serbiya prezidenti də Rusiyanı Serbiyada məxfi əməliyyatların aparılmasında ittiham edib. Diqqəti bir məqama da yönəldək. Digər ölkələrdən fərqli olaraq, Rusiyanın Serbiya ilə tarixi kökləri var və ABŞ-ın bu kökləri da parçalamaq üçün fəaliyyətə keçməsi artıq nəyin-nə olduğunu bütün çılpaqlığı ilə görmüş olarıq. Məhz keçmiş Yuqoslaviyada 90-cı illərin əvvəllərində başlayan silahlı münaqişədə Rusiyanın Serbiyaya açıq dəstək göstərməsi, hətta serblərə anti NATO fəaliyyətində hərbi yardım göstərməsi kimi faktlarından sonra bu gün serblərin də Rusiyaya qarşı çıxmasını elə-belə, ötəri qiymətləndirmək olmaz. Necə deyərlər, amerikalıların, daha dəqiq desək, demokratların burada “barmaqlarının” olması 100 faizdir!

https://www.golosameriki.com/a/vucic-accuses-russia/5175970.html

Beləliklə, USAİD öz fəaliyyətlərini demək olar ki, 11 ölkədən 9-da uğurla həyata keçirərək həmin ölkələrin Rusiya ilə münasibətlərin tam pozulmasına nail ola bilib.

Həmin siyahıdan cəmi iki ölkə - Azərbaycan və Belarusiya USAİD tərəfindən hələ də ram olunmayıb. Belarusiyada bu prosesə son prezident seçkilərindən sonra start verildi və bu günədək həmin proseslər davam edir. Lakin Lukaşenkonun həm Rusiya həm də Azərbaycan prezidentindən aldığı dəstək USAİD-in Belarusiyadakı əməliyyatlarını puça çıxarıb.

Digər maraqlı fakt isə odur ki, 11 ölkənin 9-da USAİD-in layihələrini Corc Sorosa məxsus digər siyasi dairə - “Şərq-Qərb İdarəetmə İnstitutu” həyata keçirir. Bu, həmin təşkilatdır ki, artıq 10 ilə yaxındır ölkəmizdə qanunsuz fəaliyyət göstərir və biz dəfələrlə bu haqda yazdığımıza baxmayaraq, müvafiq qurumlar bu təşkilatın qanunsuz fəaliyyətinin qarşısını almırlar (?)

Ətraflı aşağıda:

https://sia.az/az/news/politics/870425.html

Bütün bu məlumatları təhlil edərək belə qənaətə gəlmək olar ki, USAİD bu gündən sonra bütün gücünü Azərbaycanla Riyanın arasının vurulmasına yönəldəcək və biz əslində, ABŞ hökumətinin bu istiqamətdəki fəaliyyətlərini hazırda da izləməkdəyik.

Məsələn, anti-Rusiya Konsepsiyasının əsas hədəflərindən biri Azərbaycan istehsalçılarının Rusiya bazarlarından imtina edərək digər bazarlara üz tutmalarına dəstək idi ki, bununla guya Azərbaycanın Rusiyadan iqtisadi asılılığı zəifləsin.

USAİD-dəkilər də çox gözəl bilirlər ki, bu, mümkün deyil, belə ki, Azərbaycan məhsullarının ixracında Rusiya bazarı ən əhəmiyyətlilərdən biridir və daim də ilk üçlüyə daxildir. Misal üçün, 2020-ci ilin yekunlarına görə, Rusiya Azərbaycandan ixrac edilən məhsulların 5,16%-ni qəbul edib və bu, 709 milyon ABŞ dolları miqyasındadır. Azərbaycan məhsullarının Rusiyaya ixrac üzrə üçüncü yerdə olması da bunu təsdiq edir. Lakin gəlin görək, ABŞ-la bu məsələ nə yerdədir? Cavabı bəsitdir - ABŞ Azərbaycandan ixrac olunan ölkələr sırasında heç ilk onluğa da daxil deyil!

Belə halda sual yaranır, onda məqsəd nədir? Məsələn USAİD-in dəstək göstərdiyi iki sahə var ki, bu qurum daim həmin sahələrdə göstərdiyi köməkliyin faydalarından danışır və Azərbaycan hökumətinin kobud ifadə edərsək, zorla gözünə pərçimləyir.

Bunlardan biri çiyələk istehsalıdır. Lakin dərindən bu dəstəyə baxanda maraqlı faktlar üzə çıxır. Məsələn, məlum olur ki, Azərbaycanda çiyələk istehsalçılarına dəstək üçün İspaniya təcrübəsi istifadə olunur və hətta ispan çiyələk növləri gətirilib əkilir. İndi isə araşdıraq görək İspaniya bitkiçiliyin vəziyyəti necədir.

Hətta səthi araşdırma onu göstərir ki, İspaniya Avropa İttifaqına üzv ölkələri arasında ən çox GMO yayılan ölkədir.

Aşağıdakı linklərdən bununla bağlı ətraflı hesabatlarla tanış ola bilərsiniz:

https://ourworld.unu.edu/en/why-and-how-spain-became-the-eus-top-grower-of-gmos

https://www.actahort.org/members/showpdf?booknrarnr=348_3

Yaxşı, belə olan halda niyə məhz İspaniya təcrübəsi? Bəlkə USAİD-in məqsədi Azərbaycan xalqını zəhərləməklə onun genefondunu məhv etməkdən ibarətdir (???!!!)

USAİD-in öyündüyü digər sahə fındıqçılıqdır ki, bu sahədə də qurumun müdaxiləsindən sonra tənəzzül yaşanır və bu haqda Azərbaycan mətbuatı ətraflı yazıb:

https://haqqin.az/news/190094

https://www.mia.az/w1004307/bmt-den-alinan-13-milyon-subsidiya-ve-azerbaycanda-findiqciliq-niye-cokur-reylernbsp-2020-12-17-173553

Üstəlik, bu sahəyə Azərbaycan hökuməti özü kifayət qədər dəstək göstərir. Bəs onda bu sahənin guya dəstəklənməsində məqsəd nədir? Cavabı yenə çox sadədir: Azərbaycanda fındıq birbaşa Rusiya ilə sərhəddə yerləşən rayonlarda becərilir. Deməli, məqsəd Rusiya ilə sərhədyanı rayonlara “dəstək” adı ilə daxil olmaq və orda “zəruri” məlumatları toplamaq, sonra da maraqları kontekstində istifadə etmək.

Daha bir hədəf mediadır!

Hesabata əsasən, USAİD-in Rusiyanın təsirini azaltmaq üçün növbəti fəaliyyət istiqaməti jurnalistlərə və mediaya dəstəkdir ki, onların Rusiyadan asılılığını azaltsınlar. Bu isə ümumiyyətlə, gülünc bəyanatdır. Azərbaycan dövlətinin və ölkə rəhbərliyinin jurnalistlərə və mediaya dəstək sahəsində atdığı addımları ümumiyyətlə, mətbuat adamlarının ABŞ-ın hər hansı bir yardımından asılı olmaları mümkünlüyünü heçə endirir. Təkcə jurnanlistlərin sosial-məişət həyatlarının yaxşılaşdırılması, həmçinin jurnalistika sahəsinin inkişafı istiqamətində həyata keçirilən çoxsaylı layihələrin fəaliyyətini göstərsək, əslində, ABŞ-ın bizdən bu sahə üzrə çox şeylər öyrənməli olduğunu deyə bilərik.

Beləliklə, bütün bu təhlillər göstərir ki, USAİD-in “dəstəyi”nin məqsədləri bəyan etdiklərindən tam şəkildə fərqlənir. Bütün digər öllkələrdə də olduğu kimi, USAİD-in əsas məqsədi Azərbaycanın Rusiya ilə münasibətlərini pozmaqla ölkədə ictimai narazılıq yaratmaq, müxtəlif sahələrdə parçalanmalara yol açmaq və bütün bunlardan istifadə etməklə Azərbaycanda Qərb idarəçiliyini qurmaqdır.

İcraçı qurumlar:

Əlbəttə ki, USAİD-in layihələrini əsasən ABŞ-da qeydiyyata alınan QHT-lər həyata keçirir ki, burada təşkilatın əsas məramlarını gizli saxlasınlar və bu təşkilatların əksəriyyəti “rəngli inqilablar” mühəndisi Corc Sorosa məxsusdur. Bu faktlar haqqında biz ətraflı olaraq xüsusi silsilə yazılarda məlumat vermişdik.

Linklər aşağıda:

https://sia.az/az/news/politics/856893.html

https://xeber.media/news/16710830/sorosun-etiraflari-sqii-adli-quruma-destek-gosteren-kimlerdir

Lakin bu faktlara baxmayaraq, həmin təşkilatlar ölkəmizdə, hətta qanunsuz fəaliyyətlərini davam etdirirlər və özbaşnalıqlarla məşğul olurlar. Görəsən, eyni qanunsuz fəaliyyətlər ABŞ-da mümkündürmü?

Azərbaycandan fərqli olaraq ABŞ-da heç bir xarici təşkilat və qeydiyyatsız fəaliyyət göstərə bilməz. Belə ki, ABŞ hələ 1938-ci ildə Xarici Agentlərin Qeydiyyatı Qanunu (Foreign Agents Registration Act (FARA)) qəbul etmişdir və həmin qanunun icrasına indiyədək ABŞ-ın Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Təhlükəsizlik Bölməsinin xüsusi qrupu nəzarət edir.

Bax:

https://www.justice.gov/nsd-fara

https://www.justice.gov/nsd-fara/page/file/1312086/download

Məsələn, burada qeyd etmək olar ki, “qondarma artsax respublikasının” ABŞ-dakı nümayəndəliyini məhz bu qurum qeydiyyata alıb və fəaliyyətinə nəzarəti həyata keçirir.

Fakt aşağıda:

http://www.nkrusa.org/

Bir sözlə, ABŞ başqa ölkələrdə siyasi proseslərə təsir etməkdən ötrü USAİD və “Şərq-Qərb İdarəetmə İnstitutu” kimi təşkilatları istifadə edir, öz ərazisində milli təhlükəsizliyin təmin olunması adı altında digər ölkələrin qurumlarının fəaliyyətinə icazə vermir. Yəqin ki, ölkəmizin aidiyyəti qurumları ABŞ-ın öz ərazisində xarici təşkilatların fəaliyyətlərinin təşkili təcrübəsini daha yaxından öyrənə bilərlər, ən azından, təqdim etdiyimiz danılmaz faktlar əsasına...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə