Türkiyədə 150-dən çox insan terrorizm ittihamı ilə həbs edilib

Son bir ayda Türkiyənin 50 vilayətində “Paralel Dövlət” (FETÖ) terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 286 nəfər saxlanılıb. Onlardan 154-ü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

SİA xəbər verir ki, bu barədə çərşənbə axşamı, oktyabrın 21-də Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkələrdə paylaşım edib.

Onun sözlərinə görə, şəxslərin saxlanması Ankara, İstanbul və İzmir kimi böyük şəhərlərdə də olub.

Həbs olunanlar qadağan olunmuş təşkilatlarla əlaqədə olmaqda, cinayət təşkilatlarını maliyyələşdirməkdə və FETÖ terrorçularının istifadə etdiyi “ByLock” şifrəli mesajlaşma proqramından istifadə etməkdə ittiham olunurlar.

Daxili İşlər Nazirliyi polisin antiterror bölmələrinin əməkdaşlarına cinayətlə mübarizədə uğurlu fəaliyyətlərinə görə minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə