“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT

“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT

"Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitinin keçirilməsi Azərbaycanın beynəlxalq siyasi mövqeyinin möhkəmlənməsinə və Asiya ölkələri ilə münasibətlərinin inkişafına mühüm töhfə verəcək. Bu töhfələr olduqca əhəmiyyətlidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan artıq orta güc kimi beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir: "Ölkəmizin dünyada nüfuzu getdikcə artır, Azərbaycan mütəmadi olaraq mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu tədbirlər ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə, siyasi əlaqələrinin genişlənməsinə və ümumi inkişafına öz töhfəsini verir.

Azərbaycan bütün istiqamətlərdə öz imkanlarını və beynəlxalq əməkdaşlıq potensialını genişləndirir. Bu da öz növbəsində dövlətlərarası münasibətlərin inkişafına, qarşılıqlı etimadın və həmrəyliyin güclənməsinə xidmət edir.

Bu gün Bakıda müxtəlif ölkələrin prezidentlərinin və çoxsaylı xarici qonaqların iştirakı Azərbaycanın beynəlxalq əhəmiyyətini, diplomatik imkanlarını və dövlətimizin gücünü bir daha nümayiş etdirir. Bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə və ölkəmizin nüfuzunun artmasına mühüm töhfə verir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə