Bu ilin hazırlıq planına əsasən Xüsusi Təyinatlı Qüvvələrin “N” hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbivəzifəlilərlə keçirilən təlim toplanışı davam edir.
Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, toplanış zamanı hərbivəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, ixtisas hazırlığına uyğun məşğələlər təşkil olunub.
Məşğələlərdə şəxsi heyətə atıcı silahların taktiki-texniki xüsusiyyətləri və təhlükəsizlik qaydaları çatdırılıb, həmçinin xəritə üzərində fəaliyyətlər nəzəri və praktiki olaraq yerinə yetirilib.
Təlim toplanışı zamanı, iştirakçılara ordumuzun arsenalında olan müxtəlif silah və texnika, rabitə vasitələrindən istifadə, həmçinin ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdirilib.
Sonra plana uyğun olaraq hərbivəzifəlilər atıcı silahlardan praktiki atış çalışmalarını yerinə yetiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB