Zelenski Aİ liderlərinin sammiti zamanı Orban üçün “darıxacaq”..?

Sammit oktyabrın 23-də Brüsseldə baş tutacaq…

...Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın 23-də Brüsseldə keçiriləcək Avropa Şurasının iclasında Macarıstanın baş naziri Viktor Orbanla görüşməyə bilər, çünki Orban Ukraynanın müzakirəsində iştirak etməyəcək.

SİA-nın məlumatına görə, adının açıqlanmasını istəməyən prosesin təşkilində iştirak edən yüksək rütbəli Avropa İttifaqı rəsmisi bu barədə “European Pravda”nın müxbirinə bildirib.

Oktyabrın 23-də Brüsseldə keçiriləcək Avropa Şurasının iclası zamanı Orban və Zelenski bir-birini görməyə bilər.
...Viktor Orban Avropa Şurasının gündəmində əsas yer tutan Ukrayna məsələsinin müzakirəsində iştirak etməyəcək... O, Macarıstanın milli bayramı ilə bağlı şənliklərə qatılacağı üçün Avropa Şurasının iclasına yalnız nahardan sonra gələcək.

Bunu mənbə bildirib.

O xatırladıb ki, Orbanın Macarıstan adından səsvermə hüququnu Slovakiyanın baş naziri Robert Fikoya həvalə edib. Bununla belə, Avropa Şurası gözləyir ki, “Ukrayna ilə bağlı nəticələr əvvəlki hallarda olduğu kimi, yekdilliklə deyil, 26 dövlət – Macarıstan yenə bitərəf qalacaq”. Zelenski Ukrayna məsələsi üzrə müzakirənin birinci hissəsində iştirak edəcək. Daha sonra Avropa İttifaqı liderləri müzakirəni Ukrayna prezidenti olmadan davam etdirəcək.

Bunu da avropalı rəsmi aydınlaşdırıb.

Zelenskinin oktyabrın 23-də Brüsseldə fiziki iştirakı hələ rəsmi olaraq təsdiqlənməyib, lakin onun Avropa İttifaqı sammitində şəxsən iştirak edəcəyi gözlənilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə