UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda İspaniyada “Qarabağ”ı qəbul edəcək “Atletik” klubunun iştirak ərizəsi açıqlanıb. SİA xəbər verir ki, Bilbao təmsilçisinin baş məşqçisi Ernesto Valverde 23 nəfərlik siyahıya aşağıdakı futbolçuların adlarını daxil edib:
Qapıçılar: Unay Simon, Alexandro Padilya
Müdafiəçilər: Andoni Qorosabel, Daniel Vivian, Aytor Paredes, Xesus Areso, Emerik Lyaport, İnyiqo Lekue, Yuri Berçiçe, Adama Boyro
Yarımmüdafiəçilər: Aleks Berenqer, Oyan Sanset, İnyiqo Qalarreta, Mikel Xaureqisar, Unay Qomes, Robert Navarro, Alexandro Reqo
Hücumçular: İnyaki Uilyams, Niko Uilyams, Qorka Quruseta, Maroan Sannadi, Niko Serrano.
Qeyd edək ki, oktyabrın 22-də “San Mames” stadionunda keçiriləcək “Atletik” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə