Oktyabrın 21-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib.
SİA-nın məlumatına görə, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclası açan komitə sədri Əli Hüseynli gündəliyə 8 məsələnin daxil edildiyini deyib. Məlumat verilib ki, gündəliyin ilk 5 məsələsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Ali Məhkəməyə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və regional apelyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi və vəzifələrinin dəyişdirilməsi ilə bağlı təqdimatlardan ibarətdir.
Daha sonra Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Kərəm Mansurov Şura tərəfindən son dövrlərdə görülən işlər, eləcə də məhkəmə-hüquq sistemində həyata keçirilən genişmiqyaslı islahatlar barədə məlumat verib. O, bu il Məhkəmə-Hüquq Şurasında Hakimlərin I Forumunun, Şuranın 20 illik yubileyinə həsr olunmuş tədbirin və digər mühüm görüşlərin keçirildiyini qeyd edib.
Bildirilib ki, namizədlikləri irəli sürülmüş hakimlərin peşəkarlığı və iş təcrübəsi nəzərə alınaraq, ümumilikdə, 11 hakimlə bağlı məsələlər müzakirəyə təqdim olunub. Onlardan 2 nəfərin Azərbaycan Respublikası Ali Məhkəməsinə, 5 nəfərin Bakı Apellyasiya Məhkəməsinə, 2 nəfərin Gəncə Apellyasiya Məhkəməsinə təyinatı nəzərdə tutulub. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakimlərinin iş yerlərinin dəyişdirilməsi müzakirəyə təqdim olunan sənəddə öz əksini tapıb.
Sonra komitə sədri ikinci oxunuşda olan gündəliyin növbəti 3 məsələsini - “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında”, “Dövlət qulluğu haqqında” və “Yol hərəkəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim edib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, üzvləri Bəhruz Məhərrəmov, Azay Quliyev və Erkin Qədirli çıxış edərək, təqdim olunan qanun layihələri ilə bağlı fikirlərini bölüşüb, təklif və qeydlərini səsləndiriblər.
Onlayn iclasın sonunda təqdim edilən qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitənin sədr müavini Elşən Musayev, üzvləri Sabir Hacıyev, Mübariz Qurbanlı, Nurlan Həsənov, Fəzail İbrahimli, Nizami Səfərov, Kamal Cəfərov və digər rəsmi şəxslər iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170