Amerikalı aktyor Mark Uolberq Florida ştatının cənubunda 37 milyon dollara lüks malikanə alıb. SİA xəbər verir ki, bu barədə “New York Post” nəşri yazır.
Malikanə Delrey-Biçin qərb hissəsindəki qapalı “Stone Creek Ranch” qəsəbəsində yerləşir. Gölə mənzərə açılan sahənin ərazisi təxminən bir hektar, evin sahəsi isə 1,6 min kvadrat metrdir.
Daşınmaz əmlakın özü 32,6 milyon dollar dəyərində olub, lakin Uolberq onu mebellə birlikdə almaq üçün 37 milyon dollar ödəyib.
Evin interyeri hündür tavanı, həmçinin çoxsaylı ağac və mərmər elementləri ilə fərqlənir. Otaqlar arasında ofis, ev kinoteatrı, idman zalı, sauna və masaj otağı var. Ərazidə tennis kortu və hovuz da yerləşir.
Qeyd edək ki, malikanə 2025-ci ilin martında bazara çıxarılıb. Həmin vaxt onun qiyməti 45 milyon dollar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə