Tramp Zelenskidən sülh üçün kompromis tələb edib..?

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenskidən Rusiya ilə sülh üçün ərazi güzəştinə getməyi tələb edib.

SİA xəbər verir ki, bu barədə yüksək rütbəli avropalı məmura istinadən “The New York Times” məlumat yayıb. …Tramp (...) qan tökülməsini dayandırmaq üçün Zelenskini əraziləri (...) təhvil verməyə çağırıb.

Bunu qəzet yazıb.

“The New York Times” mənbəsi qeyd edib ki, Zelenski guya Trampın tələbini rədd edib.

Trampın Ukrayna əraziləri ilə bağlı mövqeyi bəlli olub Bundan əvvəl Zelenski Ukraynanın itirdiyi ərazilərlə bağlı kompromisə icazə verib. Ukrayna liderinin sözlərinə görə, Rusiya ilə münaqişənin həlli üçün “bu, yeganə yol olacaq”. Daha sonra Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Ukraynanı münaqişənin həlli naminə Donbası Rusiya ərazisi kimi tanımamağa çağırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə