ABŞ-ın Azərbaycana qarşı təsir kampaniyası: “qazlaytinq” metodu ANALİTİK+FOTOLAR

Sorosçuların qarşısı necə və niyə alınmalıdır?

Beləliklə, artıq kifayət qədər sübut olundu ki, ABŞ onun iştirakı olmadan Qarabağın azad olmasını həzm edə bilmir və açıq şəkildə Azərbaycana qarşı bütün cəbhələr üzrə həm özü hücuma keçir, həm də əlaltısı olan ölkələri üstümüzə qısqırdır. Genişmiqyaslı qərəz hücumları üçün artıq bütün rıçaqlar işə salınıb: ABŞ-ın qanunverici orqanı olan Konqres, Bayden administrasiyası, ABŞ-ın “örtülü” kəşfiyyat və təbliğat maşını USAİD, Azərbaycanda ABŞ tərəfindən “yemlənən” təsir agentləri və s...

Hədəf isə hər yerdə sorosçu qüvvələrin güddüyü hədəfdir: qaragüruhçu qüvvələri canlandırmaqla iqtidar xalq birliyini sarsıtmaq, Azərbaycandakı mövcud sabitliyi pozmaqdır. Məqsəd isə qarışıqlıq yaratmaqla müharibədən sonra regionda yaranan yeni geosiyasi vəziyyəti yenidən ermənipərəst sorosçu qüvvələrin xeyrinə dəyişmək, mövcud olmayan, yalnız separatçıların və Ermənistanın nəzərində “DQR” kimi adlandırılan quldur rejimi dünyaya tanıtmaqla ölkəmizin qələbəyə verdiyi yüzlərlə qurbanları heçə endirmək, müharibənin nəticələrini Ermənistanın xeyrinə reviziya etməkdir.

ABŞ-ın Azərbaycana qarşı kampaniyası artıq ən murdar psixoloji təsir metodu olan “qazlaytinq” metodunun bütün elementlərini özündə ehtiva edir. “Qazlaytinq”in tətbiqinin əsas məqsədi əsassız və davamlı ittihamlar və hədələr vasitəsi ilə hədəfi, yəni Azərbaycanı, atdığı bütün addımların səhv olduğunda inandırmaq, sonra isə özünün istədiyi siyasəti çıxış yolu kimi tətbiq etmək.

Bayden administrasiyası Qarabağ məsələsində Azərbaycana dəstək olan ölkələri də hədəfə alır

Və həqiqətən də son vaxtlar ölkəmizin atdığı istənilən addıma ABŞ-dan mənfi reaksiya gəlir: Hərbi qənimətlər parkını açırıq - dil uzatmaq, sərhədlərimizi bərpa edirik— şivən, erməni terrorçularını cinayət məsuliyyətinə cəlb edirik— insan haqlarının pozulması. Nəticədə “qazlaytinq”in qanunlarına uyğun olaraq bundan sonra da Azərbaycanın istənilən addımı ABŞ-dan eyni reaksiyanı alacaqdır, o vaxta qədər ki, Azərbaycan ABŞ dediyi bütün tələbləri bir-bir qəbul etməyə başlasın. Lakin bəri başdan qeyd edək ki, bu ümidləri çox əbəsdir, çünki Azərbycan müstəqil siyasət aparır və bu siyasətin nəticəsidir ki, heç bir qərəzli iddialar ölkəmizdə ayaq açaraq yürüməyib!

Lakin bu məqsədlərinə nail olmaqdan ötrü ABŞ nəinki Azərbaycana qarşı hücuma keçib, o həmçinin Azərbaycana bu müharibədə dəstək göstərmiş ölkələri də hədəfə alıb ki, onlara Qarabağ məsələsinin həllində “icazəsiz” iştiraka görə həm dərs versin, həm də ölkəmizə qarşı başlayan “soyuq müharibədə” bu ölkələri yenidən bizə dəstək olmaqdan çəkindirsin. Məsələn, Türkiyəyə qarşı qondarma soyqırımının tanınması oyunu oynanıldı və bəzi silah növlərinin alınmasına qadağa qoyuldu. Rusiya yeni növ sanksiyalarla cəzalandırıldı və Putin qatil adlandırıldı. İsrail isə genişmiqyaslı müharibəyə sövq edildi. Bu gün Fələstinlə İsrail arasında baş verənlər deyilənlərə açıq sübutdur. Bir sözlə, demokratların dəsti-xətti kifayət qədər və bütün çılpaqlığı ilə görünməkdədir. Beləliklə, ümumiləşdirərək, ABŞ dünyaya bəyan edir ki, Azərbaycanla dost olmayın və mənsiz ciddi münaqişələri həll etməyin...

Sorosçular Azərbaycanda “at oynadırlar”

Bəs Azərbaycan bu təhdidlərə necə cavab verir? Necə olur ki, Azərbaycanda hələ də demokratların əsas havadarı, ölkəmizin düşməni olan Corc Sorosun təşkilatları müxtəlif pərdəarxası şəkillərdə fəaliyyət göstərirlər?

SİA olaraq, həmin təşkilatların qanunsuz fəaliyyətləri haqqında ətraflı silsilə yazılarla çıxış etmişik və bu gün də həmin məqalələr, analitik fikirlər bütün dəlilləri, faktları ilə gündəmdə saxlanılmaqdadır. Linkləri təqdim edirik:

https://sia.az/az/news/politics/856893.html

https://sia.az/az/news/politics/866857.html

Lakin aşkarlanan faktlara rəğmən, həmin təşkilatlar nəinki fəaliyyətlərini davam etdirir, hətta genişləndirirlər. Bu isə istər-istəməz bir sıra suallar doğurmaqdadır.

Məsələn, biz USAİD-i özümüzəməxsus tərzdə abbreviatura ilə tanıya bilərik - Uzaq Sahillərdəki Amerikanın İyrənc Diplomatiyası (USAİD) dağıdıcı və destruktiv fəaliyyətinə görə bir çox ölkələrdən qovulduğuna baxmayaraq hələ də Azərbaycanda özünün qaranlıq fəaliyyətlərini davam etdirir və birbaşa Sorosla bağlı təşkilatlara külli miqdarda maliyyə vəsaitləri ayırır.

https://sia.az/az/news/politics/869592.html

Sorosun isə bizim ölkəyə münasibəti yəqin ki, hamıya bəllidir. O da əbəs deyil ki, ölkə başçımız Soros haqqında öz fikirlərini dəfələrlə tam aydın şəkildə ifadə edib.

https://sputnik.az/politics/20200919/424977701/ilham-eliyev-pashinyan-soros-rejiminin-mehsuludur.html

Lakin ölkə başçısının Soros haqqında dediklərinin tam əleyhinə olaraq sorosçular Azərbaycanda “at oynadırlar”. Aydındır ki, bu, yalnız müəyyən nüfuzlu dairələrin dəstəyi ilə mümkündür. Və həmin xəyanətkar dairələrin Sorosçu “demokrat” və dağıdıcı qüvvələrini dəstəkləməsinin üç əsas səbəbi var:

1. USAİD vasitəsi ilə Azərbaycana ayrılan böyük həcmli maliyyə resurslarından faydalanmaq. Sirr deyil ki, bir çox məmurlar müxtəlif növ QHT yaratmaqla ABŞ-ın “maliyyə agentləri” tərəfindən ayrılan qrantlardan açıq şəkildə faydalanırlar. USAİD isə bu GONGO-lara (yəni məmurlara məxsus QHT-lər) pul ayırmaqla həmin QHT-ların yiyəsi olan məmurların lütfünü qazanır. Bəzi məmurlar isə hətta bir az da dərinə gedərək ABŞ-ın ayırdığı qrantlar hesabına özlərinin şəraitini belə yaxşılaşdırmaqdan çəkinmirlər: məsələn, özlərinə nəqliyyat vasitələri aldırır, ailəvi xarici səfərlər əldə edir, özlərinin və övladlarının ABŞ-da müxtəlif təhsil və ictimai-sosial təlimlərdə iştirakını təmir edir, yaxınlarını USAİD-in icra etdiyi layihələrdə işə düzəldirlər.

2. ABŞ-da təhsil almış şəxslərin təhsil müddətində “ABŞ dəyərlərinin” təsir altına düşməsi. Məlumdur ki, “beyinyuma” metodunun baniləri məhz amerikalılardır və şübhəsiz ki, ABŞ-da bir neçə il keçirən şəxslər hətta şüuraltı belə olsa da, kompleks “beyinyuma” prosesinin qurbanına çevrilir və Amerika vurğununa çevrilirlər.

3. Nəhayət, bu dairələrə sadəcə ABŞ-ın nüfuz və təsir imkanlarına qorxan şəxslər də daxildir. Belələri sadəcə çalışırlar ki, bu proseslərə müdaxilə etməsinlər. Onlar ehtiyat edirlər ki, ABŞ-ın hansısa fəaliyyətinə mane olmaqla, özlərinə problem yarada bilərlər və bu baxımdan, sadəcə, göz yummağa üstünlük verirlər.

Yuxarıda qeyd olunan səbəblərdən asılı olmayaraq indiki açıq antiazərbaycan, bütövlükdə isə antitürk mövqeyində duran ABŞ hökumətinin Azərbaycandakı fəaliyyətlərinin dəstəklənməsinin yalnız bir adı var – xalqa, xalqın dəstəklədiyi ölkə Liderinə və Vətənə xəyanət!

Belə ki, ABŞ heç vaxt bir senti belə müftə ayırmır. Əgər yerli xainlər “Əşi, Conun puludur, nə qədər imkan varsa istifadə edərik” deyib vəsaitləri sağa-sola xərcləyirlərsə, amerikalılar bu yanaşmanı çox yaxşı bilərək, müftə pul ayırmaqda davam edirlər. Sonra isə bu “faydalananlar” öz ölkələrində müxtəlif yüksək vəzifələrə o cümlədən ABŞ dəstəyi ilə təyin olunur və zaman yetişəndə ABŞ-ın məqsədlərini təmin etməkdən ötrü “işə salınırlar”. Bəzi xatırlamalar: Ukraynada - Poroşenko prezident seçiləndən sonra o, hətta Sorosa orden də vermişdi.

Gürcüstanda – Saakaşvilini, Ermənistanda isə Paşinyanı xatırlatmaq olar. Bu şəxslərdən hər biri Sorosun vasitəsi ilə öz ölkələrində yüksək vəzifələrə sahib edildilər, deputat oldular və s. Sonradan isə ABŞ-dan gələn siqnal və dəstəklə birdən-birə yüksələrək hakimiyyətə gətirildilər. Yəqin Azərbaycan cəmiyyəti hələ də unutmayıb ki, Azərbaycanda da bu rola vaxtilə keçmiş İqtisadiyyat naziri Fərhad Əliyev hazırlanırdı, amma İlham Əliyevin güclü siyasətçi və strateq olması ölkəmizdə bu planların baş tutmasının qarşısını aldı.

Yeri gəlmişkən, məhz bundan sonra Sorosun Azərbaycana qarşı nifrəti və dözümsüzlüyü daha da artdı və o, ölkə rəhbərliyinə qarşı daha aqressiv çıxışlar etməyə başladı. Yuxarıda adları qeyd olunan ölkələrin durumunu isə görürük: Ukrayna Krımı itirdi və Donbassı itirmək üzrədir, Gürcüstan- Abxaziya və Osetiyanı itirdi, Ermənistanın isə ümumiyyətlə dövlət olaraq qalması belə artıq sual altındadır. Və yenə də yuxarıda qeyd olunanlara baxmayaraq Sorosun qalıqları hələ də Azərbaycandadır!

Cors Soros və Fətullah Gülən arasındakı əlaqələr də faktlara əsaslanır

Artıq bir məqamı dərk etməyin vaxtıdır: ABŞ Azərbaycana “soyuq müharibə” elan edib. Bu müharibədə də Qarabağ müharibəsi zamanı olduğu kimi, düşmən də var, düşməni dəstəkləyən xainlər də var. Və Qarabağ müharibəsində olduğu kimi, Soros üzərində tam qələbə çalmaq üçün mütləq şəkildə onu dəstəkləyən xainləri müəyyən edib zərərsizləsdirmək artıq ölkəiçi zamanın tələbinə çevrilməyə başlayıb.

Həmçinin, burada “gülənqeyt” əməliyyatını xatırlatmaq da yerinə düşərdi. Belə ki, yaxın tərəfdaşlar olan Corc Soros və Fətullah Gülən öz dağıdıcı fəaliyyətlərini əlaqələndirmək üçün dəfələrlə göruşmüşdülər və məhz bu görüşlərin birində Türkiyədə 2016-ci ildə hərbi çevriliş planı cızılsa da bu plan baş tutmadı. Qeyd edək ki, Sorosla Gülənin münasibətləri Türkiyə mətbuatında geniş işqlandırılmışdır. link:

https://www.sabah.com.tr/gundem/2018/11/27/geziden-sonra-soros-ve-gulenle-gorustuler

Azərbaycan gülənçilərlə mübarizədə qardaş Türkiyənin yanında oldu və ölkəmizdəki gülənçiləri hakimiyyətdən uzaqlaşdırdı. İndi isə artıq eyni qaydada Soros və onun ölkəmizdəki qurumlarına dəstək olan bütün şəxslər müəyyən edilməli və neytrallaşdırılmalıdr. Əks təqdirdə, həmin şəxslər xüsusən də indiki ABŞ demokratların administrasiyanın əlində silaha çevrilib ölkəmizdəki sabitliyi pozmağa çalışacaqlar. Buna isə yol vermək olmaz!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə