USAİD Azərbaycanda vəziyyəti qarışdırmaq üçün Sorosa 25 milyon dolları ayırdı ARAŞDIRMA+ŞOK FAKTLAR!

Göründüyü və gözlənildiyi kimi, ABŞ-da demokratlar hakimiyyətə gələr-gəlməz artıq dünyanın müxtəlif qütblərində geosiyasi vəziyyət gərginləşməyə başladı. Rusiya, Ukrayna, Əfqanıstan və nəhayət – Yaxın Şərqdəki Fələstin olayları. Hətta belə deyə bilərik ki, Fələstin-İsrail qarşıdurmasında ABŞ demokratlarının səyi “bəhrəsini” verir – dünya yenidən bölünməyə başlayır...

Soros, yaxud ona bağlı olan Qərb qurumları bir daha diqqətini Azərbaycana tərəf yönəldib

Lakin baş verən hadisələri qabaqlamaq istəməyərək, diqqəti öz bölgəmizə - Azərbaycana tərəf yönəltməklə digər amilləri də nəzərdən keçirə bilərik. Çünki növbədə bir sıra faktlar ortaya çıxmaqdadır və həmin faktları araşdırdıqca yenidən qarşımıza ABŞ demokratlarının “vuran əli”, Qərb siyasətinin görünən, ya da görünməyən tərəfi – Corc Soros amili ortaya çıxır. Bəs nədir məsələ? Açığını desək, məsələ ondadır ki, Soros, yaxud ona bağlı olan Qərb qurumları bir daha diqqətini Azərbaycana tərəf yönəldib.

Daha dəqiq desək, Türkiyənin və Azərbaycanın əleyhinə yönəlmiş qondarma “genosid” iddiası tanıdıqdan, eləcə də Samanta Pouer kimi ermənipərəst demokrat USAİD-in rəhbəri təyin etdikdən sonra, ABŞ demokratları artıq əməli və ardıcıl fəaliyyətə keçd alıblar.

Blinkenin “Biz demokratiyanın partnyorlarını mükafatlandırmağa çalışmaqla yürüdəcəyik” fikirləri icra olunmağa başlayıb?

Əslində isə bunu daha öncədən də hiss etməmək mümkün deyildi. Misal üçün, hələ ilk çıxışında Sorosun ən yaxın ətraflarından sayılan Blinkden bəyan etmişdi. SİTAT: “...Biz artıq demokratiyanı bahalı hərbi əməliyyatlar vasitəsilə yürütməyəcəyik... Biz demokratiyanın partnyorlarını mükafatlandırmağa çalışmaqla yürüdəcəyik...”

Və bu məqam yetişdi!

Məlum olub ki, USAİD Azərbaycanda “Ictimai Fəallığa Dəstək” (???!!!) adlı layihənin icrasına 25 milyon ABŞ dollarına yaxın məbləğində vəsait ayırmağa qərar verib. Əldə etdiyimiz məlumata görə həmi vəsait Corc Sorosun yaratdığı “Şərq - Qərb İdarəetmə İnstitutu” adlı təşkilata veriləcəkdir.

LİNK: https://www.usaid.gov/business-forecast/search/award/f8fa37c027?search=&location=All&ouid=All&page=18

Yeri gəlmişkən, daha bir gerçəklik budur ki, adıçəkilən institutun təsis sənədindən götürülən aşağıdakı fraqment (foto aşağıda) onun hələ 1988-ci ildə CorcSoros tərəfindən yaradıldığını təsdiq edir. Bu təşkilatın ölkəmizdə törətdiyi biabırçılıqlardan, özbaşınalıqlardan isə biz SİA olaraq dəfələrlə yazmışıq, sübutlarla, dəlillərlə çıxış etmişik. Həmin faktların linkləri də aşağıdadılardır:

https://sia.az/az/news/politics/866857.html

https://sia.az/az/news/politics/856893.html

Eyni zamanda, bir daha xatırlatmaq yerinə düşərdi ki, bu təşkilat heç rəsmi dövlət qeydiyyatından keçməyib (?!) Bu zaman başqa hansı nəticəyə gəlmək olar..?

Radikal, qaragüruhçu qrupların maliyyələrin (saxta qrantların və s.) ödənişi sayəsində hərəkətə gətirilməsi, onların vasitəsi ilə Azərbaycanda süni siyasi gərginliyin yaradılması, eləcə də digər məsələlər...

Məsələn, proqnozlaşdırmaq mümkündür ki, belə təşkilata vəsaitin ayrılması yalnız dağıdıcı məqsəd güdür. Ölkədə sözdə müxalifət adı altında fəaliyyət göstərən radikal, qaragüruhçu qrupların maliyyələrin (saxta qrantların və s.) ödənişi sayəsində hərəkətə gətirilməsi, dünyanın həssas bir dönəmində onların vasitəsi ilə Azərbaycanda süni siyasi gərginliyin yaradılması, eləcə də digər məsələlər. Özü də ölkəmizin 44 günlük zəfər yürüşündə qazandığı qələbədən, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyi bir vaxtda sözügedən məsələlər üçün maliyyələrin ayrılması başqa cür düşünməyə də əsas vermir. Sözdə demokratların “vuran əli” Sorosun və məlum qurumların hərəkətə keçmələri bizə bir daha Blinkenin yuxarıda qeyd etdiyimiz sitatını xatırladır.

Onda növbəti sual yaranır: kirli məqsədlərin qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Söz yox ki, aidiyyətli qurumlar bu məsələni, yəni USAİD-in Azərbaycanda “İctimai Fəallığa Dəstək” adlı layihənin icrasına 25 milyon ABŞ dollarına yaxın məbləğində vəsait ayrılması faktını nəzarətə götürməli, ümumiyyətlə, bu qurumun fəaliyyəəti ciddi şəkildə araşdırılmalı, bütövlükdə isə Azərbaycanın daxilindəki ictimai-siyasi və s. proseslərə sözün əsl mənasında burun dürtmələməsinin qarşısı alınmalıdır. Bu qədər bəsit...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...