İslandiyada tarixdə ilk dəfə ağcaqanad nümunələri tapılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 16-da Kjos bölgəsində hobbi təbiətşünası tərəfindən aşkar olunan nümunələr "Culiseta annulata" növünə aid olduğu müəyyən edilib.
Ekspertlər bildirir ki, bu, sadəcə həşərat kəşfi deyil, iqlim dəyişikliyi və biomüxtəliflik üçün xəbərdarlıq əlamətidir. Çünki əvvəllər İslandiyada ağcaqanad populyasiyası mövcud olmayıb.
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə