Putin Budapeştə getməkdən qorxur..?

Kreml “hazırlıqsız” görüşdən danışır..?

...Kreml Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubionun görüşünün təxirə salındığını təsdiqləyib və səbəbini açıqlayıb. Bununla belə, Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi əmindir ki, Rusiya diktatoru Vladimir Putin, görünür, Budapeştə getməkdən qorxur.

SİA xəbər verir ki, bu barədə Telegram-da Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin direktoru Andrey Kovalenko məlumat verib.

Rusiya nə dedi..?

Məsələn, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, guya Lavrovla Rubio arasında görüş əlavə hazırlıq tələb edir.

Danışıqların təxirə salınması xəbərinə münasibət bildirən Ryabkov deyib ki, “siz razılaşdırılmamış bir şeyi təxirə sala bilməzsiniz”.

Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin cavabı...

Andrey Kovalenkonun qeyd etdiyi kimi, Rusiya lideri Vladimir Putin çox güman ki, ABŞ prezidenti Donald Trampla görüş üçün Macarıstan paytaxtına getməkdən qorxur. ...Deyəsən, Putin Budapeştə getməkdən qorxur..?

Kovalenko elə belə də yazıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə