Bakıda keçirilən bal yarmarkasından - REPORTAJ

Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin birgə təşkilatçılığı, Azərbaycan Arıçılar Assosiasiyasının tərəfdaşlığı ilə 18 oktyabr-9 noyabr tarixlərində 25-ci Yubiley Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçirilir. Yarmarka hər il keçirilir. Bu ilki yarmarkada 43 regiondan 280-dən çox fermer iştirak edir. Qeydiyyat prosesi 5-7 sentyabr tarixlərində bal.kendden.az portalı üzərindən onlayn qaydada həyata keçirilib. SİA olaraq bal yarmarkasından reportaj etmək qərarına gəldik. Yarmarkanı müxtəlif regionlardan gələn arıçıların bal və bal məhsulları bəzəyərdi. Mağazaya daxil olan alıcılar bir-bir arıçıların stendlərini gəzərək məhsul haqqında məlumat alır, qiymətlərlə maraqlanırdılar.

Aqrar tədarük və təchizat ASC-nin şöbə müdiri Nilufər Mustafa qızı SİA-ya açıqlamasında bildirdi ki, 25-ci yubileyi olan bal yarmarkasında 43 regiondan 280-dən çox fermer iştirak edir: “Ümumilikdə 100 ton çox məhsul satışa çıxarılıb. Satışda 15 növ arıçılıq məhsulu var. 25-ci yubiley yarmarkasına özəl olaraq fermerlər üçün yeniliklər etmişik. Aqrar Tədarük və Təchizat ASC olaraq arıçılar üçün qaplaşdırmalar və yerlər tamamilə pulsuzdur. Bundan başqa qurumumuz tərəfindən arıçılara brendləşmə pulsuz olaraq həyata keçirilib. Təbii ki bu həm fermerlərə maddi olaraq dəstəkdir, həmdə alıcılar üçün isə gigiyenik qaydalara uyğun olaraq məhsulların satışını həyata keçirmək məqsədi daşıyır. Başqa bir yenilik isə ondan ibarətdir ki, biz bütün məhsullardan şəhər analizləri götürdük. Beynəlxalq standartlara cavab verməyən heç bir məhsul bal yarmarkasında satışa çıxarılmayıb. Bütün piştaxtaların qarşısında fermerlərin məlumat lövhələri yerləşdirilib”.
Arıçılıq məhsulları və alıcılıq qabiliyyətinin necə olduğunu öryənmək üçün yarmarkada iştirak edən satıcılar arasında sorğu keçirdik.

Satıcı Leyli Abbasova: “Mən Gəncə şəhərindən gəlmişəm. Biz ümumiyyətlə arıçılar nəslindənik. Əsasən çiçək balı gətirmişəm. Təbii balın keyfiyyəti saymaqla bitmir. Bir çox insanlar şəkər xəstəliyindən əziyyət çəkir. Lakin təbii balın şəkər xəstəliyinə heç bir ziyanı yoxdur. Balın qiyməti 35 manatdan başlayıt. Real alıcılara endirim edirik. Bundan başqa hədiyyədə veririk. İnsanların maddi durumunu nəzərə almaq lazımdır. Öz məhsulumuzdur və istədiyimiz qiymətə verə bilirik”.

Satıcı Əlişov Aqil: “Yarmarkaya Daşkəsən rayonundan gəlmişəm. Mənim satdığım ballar təbii dağ balıdır. Əsasən cökə və çiçək balı satıram. Qiymətlər 40-45 manatdan başlayır. 3 gündür burdayam və xeyli bal satmışam. Müştərilər yaxşı balı dərhal tanıyırlar. Hər il yarmarkada iştirak edirəm. Satdığım balın keyfiyyətinə 100% cavabdehəm”.

Satıcı Aytəkin Namazova: “Mən yarmarkada qardaşımın balını təmsil edirəm. Bu il məhsuldarlıq yüksək oldu. İsmayıllı rayonundan gəlmişəm. Balı İsmayıllı rayonunda meşənin içində saxlayırıq. Qaratikan və çiçək balı satıram. Bu il yüksək keyfiyyətli balım oldu. Qiymətlər 40 manatdan başlayır. Çox məhsul alana endirimdə edirəm. Allah prezidentimizin canını sağ eləsin bizə bu cür imkan yaradılıb. Dövlət yoxlamasında mənim balım keyfiyyətinə görə ən yüksək göstəriciyə malik oldu. Gündəlik 5-10 kq bal satıram. Əsasən daim müştərilərim gəlib bal alır. Məhsulu bir dəfə alan təkrar birdə alır”.

Satıcı Lalə Hüseynova: “Kəlbəcər rayonundan gəlmişəm. Satdığım bal Kəlbəcər balıdır. Məhsullarımın keyfiyyətinə söz ola bilməz. Çiçək balı, cökə balı, qaratikan balı satıram. Qiymətlər 25-35 manat təşkil edir. Çox balan alanda müştərilərə hədiyyə də edirik. Bundan başqa arı tozu, propolisdə satıram. Onların qiyməti 25-30 manatdır və çəki ilə satılır. Şanı balıda satıram. Qısa müddətdə 100 kq-dan çox bal satmışam. Hər il yarmarkada iştirak edirəm”.

Satıcı Şəlalə Süleymanova: “Yarmarkaya Quba rayonundan gəlmişəm. Arıçılıq təsərüffatı ilə əsasən yoldaşım məşğul olur. Hal-hazırda özü burda olmadığı üçün onu mən əvəz edirəm. Bizə yaradılan şəraitə görə dövlətimizə çox təşəkkür edirəm. Məhsullarımız laborotoriyadan keçib və keyfiyyəti təsdiqlənib. Mən cökə balı, çiçək balı, akasiya balı, may balı satıram. Hər bir məhsulun keyfiyyətinə şəxsən zəmanət verirəm. Müştərilər gəlib ala bilərlər. Qiymətlərə gəlincə isə 30-35 manata satıram. Hər bir insan öz tanıdığı arıçıdan bal alır. Mən yarmarkada birinci dəfədir iştirak edirəm.

Satıcı Nemət Məmmədov: “Mən İmişli rayonundan gəlmişəm. Yarmarkaya bir çox məhsullar gətirmişik. Bal ilə yanaşı digər arı məhsullarıda gətirmişəm. Məsələn, çiçək tozu, propolis, bal qaymağı, arı südü və arı südü kremi satıram. 1 kq balı 30-40 manata satıram. Şanı balıda satıram. Şanı balının bir kiloqramı 50-60 manat arasında dəyişir. Arı südü kreminidə şəxsən özüm təbii şəkildə hazırlayıram. Arı südü kreminin üzdəki qırışların aradan qaldırılmasında çox böyük rolu var”.

Bəs alıcıları necə məhsulların keyfiyyəti və qiymətlər qane edirmi? Alıcılar arasında da sorğu keçirdik.

Alıcı İlqar Quliyev: “Qiymətlər nə qədər ucuz olsa təbiiki vətəndaş üçün bir o qədər yaxşıdır. Ancaq qiymətlər elədə ucuz deyil. Balın bir kiloqramı 50 manatdan başlayır. Hələki məhsullarla maraqlanıram. Qiymətlər ucuz olsa lap yaxşı olar”.
Alıcı Rafiq Səfərov: “Mən hər il bal yarmarkasına gəlirəm. Əsasən cökə balı və şanı balı alıram. İndidə qiymətlərlə maraqlanıram. Qiymətlər cibimə uyğun olsa ən az 5 kiloqram alacam. Kəlbəcər balı ilə maraqlanıram. Qiyməti 30 manatdan baçşlayır”.

Alıcı Mübariz Yeganov: "Əslində mən Gədəbəy balı ilə maraqlanırdım, amma ümumiyyətlə baxıram. Şərait çox yaxşıdır – həm alıcılar, həm də əhali üçün əlverişlidir. Rayonlara getmədən, uzun yol qət etmədən buradan istənilən balı asanlıqla əldə etmək mümkündür. Seçimlər çoxdur və istənilən balı tapmaq mümkündür. Qiymətlər isə münasibdir və hər balın növünə görə dəyişir".

Alıcı Rafiq Səfərov: “Mən hər il bal yarmarkasına gəlirəm. Əsasən cökə balı və şanı balı alıram. İndidə qiymətlərlə maraqlanıram. Qiymətlər cibimə uyğun olsa ən az 5 kiloqram alacam. Kəlbəcər balı ilə maraqlanıram. Qiyməti 30 manatdan baçşlayır”.
Əslində mən Gədəbəy balı ilə maraqlanırdım, amma ümumiyyətlə baxıram. Şərait çox yaxşıdır – həm alıcılar, həm də əhali üçün əlverişlidir. Rayonlara getmədən, uzun yol qət etmədən buradan istənilən balı asanlıqla əldə etmək mümkündür. Seçimlər çoxdur və istənilən balı tapmaq mümkündür. Qiymətlər isə münasibdir və hər balın növünə görə dəyişir.

İlkin Məmmədkərimov

Bütün xəbərlər Facebook səhifəmizdə