Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən daxil olan müraciət əsasında Yevlax rayonunun Aşağı Bucaq kəndində fəaliyyət göstərən, fiziki şəxs Kərim Şubay oğlu Bədəlova məxsus “Kərim” marketdə yoxlama keçirilib.
SİA xəbər verir ki, agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı müraciətdə göstərilən fakt təsdiqini tapıb və marketdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışa çıxarıldığı məlum olub.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub, istehlaka yararsız məhsulların satışının qadağan edilməsi, dövriyyədən çıxarılması və məhv edilməsi barədə qərar qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə