Alaba “Barselona” ilə oyunu buraxacaq

İspaniya La Liqasının “Xetafe” ilə keçirilən IX tur oyununda (1:0) zədə alan “Real Madrid”in futbolçusu David Alabanın durumuna aydınlıq gəlib.

SİA yerli mətbuata istinadən xəbər verir ki, sağ baldır əzələsində zədə aşkarlanan futbolçunun təxminən 10 gün yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Bu səbəbdən müdafiəçinin Çempionlar Liqasında İtaliya təmsilçisi “Yuventus”, həmçinin La Liqada “Barselona” ilə keçiriləcək qarşılaşmaları buraxacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə