Ferrari özünün ən məşhur superkarını yeni formatda canlandırıb...

Maksimal sürət saatda 330 kilometri keçir…

...Yeni Ferrari SC40 anonim F40 həvəskarının sifarişi ilə Xüsusi Layihələr proqramının bir hissəsi kimi yaradılmış eksklüziv modeldir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Ferrari-nin rəsmi saytına görə, bu, birdəfəlik olaraq qalacaq. Yeni model müasir Ferrari 296 GTB superkarına əsaslanır və xeyli sayda kuzov panelləri dəyişdirilib.

Kəsilmiş dizaynı, yan hava girişləri və böyük arxa qanadı olan yeni ön hissə avtomobili 1987-ci ilin Ferrari F40 kupesini xatırladır.

Mühərrikin kapotu da oxşar üsluba malikdir. Ferrari SC40-ın salonu Alkantara və jakarlı parça ilə bəzədilib. Ferrari F40-da olanlara bənzər karbon lifi və Kevlar əlavələri də əlavə edilib. Ferrari 296 GTB-nin hibrid güc aqreqatı dəyişməz olaraq qalır. 3,0 litrlik tvin-turbo V6 və elektrik mühərriki birlikdə 830 at gücü və 740 N∙m güc verir.

Müqayisə üçün deyək ki, Ferrari F40-ın turbomühərriki 487 at gücü hasil edir. 100 km/saat sürətlənmə 2,9 saniyə çəkir, maksimal sürət isə 330 km/saatı ötür.

Bundan əlavə, Ferrari SC40 hibridi elektrik rejimində 25 km-ə qədər məsafə qət edə bilir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə