Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 21-də sürücülər və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün elektron imtahanlar korpusunda növbəti test imtahanı keçirib.
SİA-nın məlumatına görə, DİM-dən bildirilib ki, taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanında 1492 nəfər iştirak edib və onlardan 1179-u tələb olunan şərtləri ödəyib. Yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi üzrə 41 nəfər imtahan verib və onlardan 22-si uğur qazanıb. Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi imtahanında isə 28 namizəd iştirak edib və 17 nəfər müvəffəqiyyət qazanıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası oktyabrın 22-23-də saat 14:00-dan 17:00-dək DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) fəaliyyət göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə