...Alimlər döş ölçüsünün qadınların özünə inamına necə təsir etdiyini müəyyən etmək üçün araşdırma aparıblar.
Məlum olub ki, orta və kiçik döşləri olan qadınların özünə hörməti faktiki olaraq eynidir.
Döş ölçüsünün də evli qadınların özünə hörmətinə heç bir təsiri yoxdur.
Döş ölçüsü subay qadınların özünə hörmətinə evli qadınlardan daha çox təsir edir.
Türkiyə alimləri belə qənaətə gəliblər.
Onlar 18 yaşdan yuxarı 343 qadının iştirakı ilə araşdırma aparıblar.
SİA-nın məlumatına görə, The Journal of Turkish Family Physician (JTFP) jurnalında dərc olunan məqaləyə görə, tədqiqatçılar tam bir şəkil əldə etmək üçün iştirakçıların təkcə döş ölçüsünü deyil, həm də boy, çəki və bədən kütlə indeksini ölçüblər.
Tədqiqatın nəticələri göstərib ki, döşləri böyük və daha böyük olan qadınların özünə hörməti daha yüksəkdir.
Eyni zamanda, elm adamları kiçik və ya orta döşləri olan qadınların özünə hörmətində ciddi fərq tapmayıblar. Döş ölçüsü ilə ümumi bədən görünüşü arasındakı əlaqə də zəif idi. Bundan əlavə, evli qadınlar döş ölçüsündən asılı olmayaraq yüksək özünə hörmət nümayiş etdiriblər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə