“Məktəbli Kuboku”na start verilib - FOTOLAR

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə təşkil olunan “Məktəbli Kuboku” turnirinə Siyəzəndə start verilib. Elm və Təhsil Nazirliyindən SİA-ya bildirilib ki, yarışlar 5-ci və 7-ci sinif oğlan şagirdləri arasında keçirilir; ilk oyunlarda 7-ci siniflər üzrə 12, 5-ci siniflər üzrə isə 10 məktəb komandası iştirak edir.

Turnirin yekun günündə bağlanış mərasimi təşkil olunacaq və daxili birincilik başa çatdıqdan sonra qalib komandalar hər iki yaş qrupu üzrə Siyəzən rayonunu regional finallarda təmsil edəcəklər.

Turnirin keçirilməsində əsas məqsəd məktəblilər arasında futbolun kütləviliyini artırmaq, sağlam həyat tərzini təbliğ etmək və uşaqlarda komanda ruhunu formalaşdırmaqdır. Ölkənin bütün bölgələrində keçiriləcək yarışların qalibləri isə sonda respublika birinciliyində qüvvələrini sınayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə