"Araz-Naxçıvan"ın zədələnən futbolçularının son durumu bəlli olub

Misli Premyer Liqasının VIII turunda, "Neftçi" ilə matçda (2:2) zədələnən "Araz-Naxçıvan"ın futbolçuları Bəxtiyar Həsənalızadə və Slavik Alxasovun son durumu bəlli olub. Bu barədə SİA-ya Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

MRT yoxlanışından sonra B.Həsənalızadənin zədəsinin ciddi olmadığı aydınlaşıb. S.Alxasovun isə ayağında şiş əmələ gəldiyi bildirilib. Müdafiəçinin növbəti oyunda meydana çıxıb-çıxmayacağı sual altındadır.

Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının IX turunda "Sabah"la üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə